Fevralın 17-də Əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə vətəndaşların imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, bərpa müalicəsi xidməti və reabilitasiya vasitələri ilə təmin edilməsi, məşğulluq, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, özünüməşğulluq proqramına cəlb olunma, sosial sığorta münasibətləri və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə bütün müraciətlər araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyə uyğun izahatlar verilib.xeber100.com