05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək yanvarın 28-nə keçirilib. Qəbulda Goranboy, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərinə baxılacaq.xeber100.com

Yanvar 19, 2017 1:46

“Gömrük və gənc nəsil” mövzusunda…

Gömrük xidmətinin yaradılmasının 25 illiyi ilə əlaqədar “Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə görüşlər davam etdirilir.Azərtac xəbər verir ki, Tərtərdə təşkil olunan növbəti tədbirdə Yevlax Gömrük İdarəsinin əməkdaşları N.Nuriyev, R.Mədətov və X.Məmmədli iştirak ediblər.Tədbirdə Azərbaycan gömrük xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyi və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı qətiyyətlə mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatları ilə qarşılıqlı əməkdaşlıq qurduğu vurğulanıb.xeber100.com

Yanvar 17, 2017 12:08

Dövlət Gömrük Komitəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, yanvarın 17-də Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev Lənkəran şəhərində vətəndaşları qəbul edib.Qəbulda bölgədə yerləşən Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinlərinin müraciətləri dinlənilib.xeber100.com

Yanvar 17, 2017 12:00

Təhsil naziri vətəndaşları qəbul edib

Yanvarın 16-da təhsil naziri M.Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.Azərtac xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib.xeber100.com

Yanvar 16, 2017 11:35

Humanitar aksiya keçirilir

Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasının baş həkimi T.İbadovun rəhbərliyi ilə yüksəkixtisaslı həkim heyəti yanvarın 13-dən başlayaraq Şərur rayonunda humanitar aksiya keçirir.Azərtac xəbər verir ki, aksiyada klinikanın ginekoloq, kardioloq, endokrinoloq, cərrah, allerqoloq, nevropatoloq və qastroloq həkimləri iştirak edirlər.Həkimlər Şərur rayonunda müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentləri müayinə və müalicə ediblər.Humanitar aksiya zamanı, ümumilikdə, 300-dən çox pasiyentin müayinə və müalicəsi, ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz olmaqla, 40-a yaxın əməliyyatın həyata keçirilməsi nəzərdə tutulub.xeber100.com

Yanvar 16, 2017 11:29

“Şair dühasının sönməz işığı” adlı ədəbi-bədii gecə keçirilib

Göyçay rayonunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyi qeyd edilib.Azərtac xəbər verir ki, “Şair dühasının sönməz işığı” adlı ədəbi-bədii gecənin iştirakçıları əvvəlcə Göyçay rayon Mərkəzi Kitabxanasında dahi söz ustadı ilə bağlı hazırlanmış kitab və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub. Sonra şairə həsr edilən video slayd nümayiş etdirilib.Yubiley tədbirində çıxış edənlər görkəmli şairin zəngin həyat yolu və yaradıcılığından söhbət açıblar. Natiqlər N.Gəncəvinin Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə danışıblar.xeber100.com  

Yanvar 13, 2017 12:19

“Tarixləşən yaddaşımız” adlı poetik xalq faciəsi hazırlanır

Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı “Tarixləşən yaddaşımız” adlı poetik xalq faciəsi hazırlanır.Azərtac xəbər verir ki, teatrın direktoru V.Vəliyevin və ədəbi hissə müdiri Ə.Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru A.Şirinov, quruluşçu rəssamı E.Balaşova, musiqi tərtibatçısı S.Sevindikzadədir. Tamaşada 20 Yanvar şəhidlərinin obrazları canlandırılıb, onların şəhidlik tarixçəsi, keçdikləri şərəfli həyat yolu, gələcək arzuları səhnələşdirilib.Tamaşa yanvarın 15-dən etibarən rayonun kənd və qəsəbələrində, ümumtəhsil məktəblərində, idarə və müəssislərdə təqdim olunacaq.xeber100.com

Yanvar 13, 2017 12:14

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev yanvarın 17-də saat 10:00-da Lənkəranda vətəndaşları qəbul edəcək.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.xeber100.com

Yanvar 12, 2017 1:45

Şahmat turnirində 5 komanda iştirak edib

Beyləqan rayon şahmat məktəbində keçirilən şahmat turnirində Qarabağ bölgəsini əhatə edən 5 komanda iştirak edib.Azərtac xəbər verir ki, yarış Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində təşkil olunub.Turnirin açılışında çıxış edən “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, iştirakçılara layihə haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində müxtəlif idman oyunları üzrə yarışların keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.Əlli şahmatçının mübarizə apardığı yarışın sonunda qaliblərə kubok və diplomlar təqdim olunub.xeber100.com

Yanvar 11, 2017 1:05

İnnovasiyayönümlü regional klasterlər yaradılacaq

Milli innovasiya siyasətini sistemli şəkildə qurmaq üçün innovasiya fəaliyyəti haqqında qanunun hazırlanması nəzərdən keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.Bu çərçivədə Azərbaycan Respublikası ərazisində innovasiya infrastrukturunun əsas elementlərindən biri olan yüksək texnologiyalar parklarının yaradılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinə də baxılacaq.xeber100.com

Yanvar 9, 2017 2:05
    Page 25 of 46« First«...1020...2324252627...3040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az