05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Maarifləndirici tədbirlərə start veriləcək

UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqının birgə layihəsi olan “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində “Aztəminatlı ailələr üçün uşaq hüquqları üzrə hüquqi xidmət mərkəzi” fəaliyyətini davam etdirir.Xidmətin daha da əlçatan olması məqsədilə layihə çərçivəsində mobil xidmət göstərilməklə mərkəzin sosial işçiləri və hüquqşünasları tərəfindən yerlərə səfərlər təşkil edilib. Bu isə problemin yerindəcə öz həllini tapmasına köməklik göstərir.Cari ildə layihə çərçivəsində məişət zorakılığı hallarının azaldılmasına dəstək məqsədilə “Zorakılıqdan uzaq uşaqlıq” adlı maarifləndirici tədbirlərə start veriləcək.xeber100.com

Yanvar 9, 2017 12:25

XVIII əsrə aid gümüş sikkələr aşkarlanıb

Quba sakininin həyətində XVIII əsrə aid gümüş sikkələr aşkarlanıb.Azərtac xəbər verir ki, qədim pullar şəhərin Ərdəbil küçəsində yaşayan Elnur Zeynalovun həyətindən tapılıb. Həmin ərazidən 16 metal sikkə aşkarlanıb.Tarixçi Anar Murquzov tapılan metal pulların Quba xanlığı dövründə tədavüldə olan gümüş sikkələr olduğunu bildirib. Pulların tapıldığı ərazi Quba şəhərinin mərkəzində olduğundan qədim dövrdə həmin yerdə karvansarayın yerləşdiyi ehtimal edilir.xeber100.com

Yanvar 9, 2017 12:17

“Açıq qapı” günü elan edilib

Gəncə Dövlət Universitetində semestr imtahanları ilə bağlı “Açıq qapı” günü elan edilib.Azərtac xəbər verir ki, övladlarının və yaxın qohumlarının semestr imtahanlarında iştirak etmək istəyənlər, valideynlər, həmçinin ictimaiyyət nümayəndələri universitetdə olublar.Bildirilib ki, ali təhsilin ən mühüm mərhələlərindən biri də imtahan prosesinin düzgün təşkili olunması, tələbələrin bilik və bacarıqlarının üzə çıxarılması üçün lazımi şərait yaradılmasıdır. Bununla bağlı Gəncə Dövlət Universitetində imtahanların müasir dövrün tələblərinə uyğun şəkildə keçirilməsi məqsədilə bütün korpuslarda imtahan otaqları lazımi avadanlıqlarla təchiz edilib.xeber100.com

Yanvar 6, 2017 2:21

Muğam Mərkəzində Yeni il şənlikləri təşkil olunub

Ağcabədidə uşaqlar üçün növbəti əyləncəli Yeni il şənliyi Qarabağ Muğam Mərkəzində keçirilib.Azərtac xəbər verir ki, şəhər uşaq musiqi məktəbinin və Qarabağ Muğam Mərkəzinin kollektivləri tərəfindən hazırlanan Yeni il proqramı uşaqları sevindirib. Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edib, onları əyləndiriblər.Şən musiqi nömrələri, maraqlı səhnəciklər və rəqslərlə davam edən tədbir uşaqların sevincinə səbəb olub.xeber100.com

Yanvar 4, 2017 12:44

Mirzə Şəfi Vazeh adına muzey istifadəyə veriləcək

2017-ci ildə Gəncədə Mirzə Şəfi Vazeh adına muzey və park istifadəyə veriləcək.AZƏRTAC xəbər verir ki, bunu Gəncə Səhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev ictimaiyyət qarşısında çıxışı zamanı deyib.İcra hakimiyyətinin başçısı şəhərdə həyata keçiriləcək bir sıra sosial-iqtisadi və mədəni layihələrdən danışaraq bildirib ki, Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdiriləcək. Bu məqsədlə Gəncədə XIX əsr Azərbaycanının mütəfəkkir şairi Mirzə Şəfi Vazehin adını daşıyan muzey və park yaradılacaq. Yeni muzeydə dahi şairin bədii irsini əks etdirən, ona Avropada böyük şöhrət qazandıran əsərləri, Almaniya Milli Kitabxanasından ölkəmizə gətirilən əlyazmaların surətləri, eləcə də digər nadir eksponatlar nümayiş etdiriləcək.Mirzə Şəfi Vazehin adını daşıyacaq park isə şəhər sakinlərinin və ədəbiyyatsevərlərin sevimli istirahət məkanı olmaqla yanaşı, həm də şairin xatirəsinin əbədiləşməsinə xidmət göstərəcək.xeber100.com

Yanvar 3, 2017 1:40

Həmrəylik Günü və Yeni il bayramı münasibətilə…

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ağstafa şəhərinin mərkəzindəki Səməd Vurğun adına mədəniyyət və istirahət parkında bayram şənliyi keçirilib.Azərtac xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi bayram tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı M.Quliyev yola saldığımız ildə Ağstafada görülən abadlıq-quruculuq işlərindən danışıb. Bayram proqramına tamaşa etməyə gələn uşaqlara Şaxta baba və Qar qız bayram hədiyyələri veriblər. Bayram şənliyi incəsənət ustalarının çıxışları və rəqs qruplarının hazırladığı proqramla davam etdirilib.xeber100.com

Yanvar 1, 2017 12:39

İqtisadiyyat Nazirliyinin məlumatı…

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Abşeron rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.xeber100.com

Dekabr 30, 2016 1:30

Bayram yarmarkası açılıb

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti satış-yarmarkası təşkil olunub.Azərtac xəbər verir ki, yarmarkada alıcılara 30-dan çox müəssisə və şirkət tərəfindən bazar qiymətlərindən aşağı kənd təsərrüfatı məhsulları təklif edilib.Şəhər icra hakimiyyəti başçısının birinci müavini E.Rzayev bildirib ki, bayram yarmarkasında qiymətlər bazarla müqayisədə 20-30 faiz ucuzdur. Həmçinin bütün məhsulların keyfiyyətinə ciddi nəzarət olunub.Şəhər sakinləri yarmarkanın təşkilindən, məhsulların çeşidindən və qiymətlərin sərfəli olmasından razılıqlarını bildiriblər.xeber100.com

Dekabr 30, 2016 1:26

Rəsm Qalereyasında sərgi açılıb

Bərdə Dövlət Rəsm Qalereyasında “Bərdə abidələri uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb.Azərtac xəbər verir ki, rayon Mədəniyyət və Turizm Şöbəsinin Turizm İnformasiya Mərkəzi ilə birgə təşkil etdiyi sərgidə məktəblilərin rayonun tarixi abidələrinə və müasir inkişafına həsr etdikləri əl işləri sərgilənib.Tədbirdə çıxış edən Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov Bərdənin keçmişinin, tarixi abidələrinin tanıdılması baxımından sərginin əhəmiyyətini yüksək qiymətləndirib.Sonra sərgiyə baxış keçirilib. 4 saylı uşaq incəsənət məktəbinin müəllimi Rəşad Hüseynov şagirdlərin çəkdikləri rəsmlər haqqında iştirakçılara məlumat verib.xeber100.com

Dekabr 29, 2016 2:08

Qanvermə aksiyası keçirilib

İmişlidə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.Azərtac xəbər verir ki, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı işçilərinin təşəbbüsü ilə keçirilən aksiyada rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri, şəhər sakinləri və gənclər fəallıq nümayiş etdiriblər.Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 150 könüllü donor qismində iştirak edir. Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bakına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.xeber100.com

Dekabr 27, 2016 1:21
    Page 26 of 46« First«...1020...2425262728...40...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az