10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Rabitə və yüksək texnologiyalar naziri vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 9-da saat 12:00-da Neftçala şəhərində Neftçala, Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.xeber100.com

Dekabr 6, 2016 12:27

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə…

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək bu ilin dekabrın 10-a keçirilib. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qəbulda İmişli, Ağcabədi, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.xeber100.com

Dekabr 5, 2016 12:18

Vətəndaşların qəbulu keçiriləcək

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov dekabrın 9-da saat 10:00-da Yevlax Rayon Prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Yevlax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.xeber100.com

Dekabr 2, 2016 2:35

Tennis üzrə yarışların final mərhələsinə start verilib

Xaçmaz Olimpiya İdman Kompleksində İdman Məktəblərinin VIII Respublika Oyunlarının proqramına daxil olan stolüstü tennis üzrə yarışların final mərhələsinə start verilib.Azərtac xəbər verir ki,  12 yaşa qədər oğlan və qızlar arasında təşkil olunan birinciliyə, ümumilikdə, 100-ə yaxın idmançı qatılıb.Final mərhələsində Bakı, Sumqayıt, Gəncə, Şabran, Salyan, Şəki, Qax və Şirvanı təmsil edən komandalar yarışın qaliblərini müəyyənləşdirmək üçün mübarizə aparır.Dekabrın 4-dək davam edəcək turnirin keçirilməsində əsas məqsəd, gənclərin stolüstü tennisə marağını artırmaq, bölgələrdə bu idman növünün inkişafını təmin etmək və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək idmançıları aşkarlamaqdan ibarətdir.xeber100.com

Dekabr 2, 2016 2:30

“İnklüziv təhsilin müasir strukturu və onun əsas inkişaf yollarına dair”…

Gəncə Dövlət Universitetində 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə “İnklüziv təhsilin müasir strukturu və onun əsas inkişaf yollarına dair” mövzusunda Əlil Tələbələrin I Forumunun açılışı olub.Forum Əlilliyi olan Tələbələr üçün Mərkəz və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.Azərtac xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Universitetində təhsil alan əlil tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar.xeber100.com

Dekabr 2, 2016 2:25

Maarifləndirmə sessiyası keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Skalper” Xəstələrə Yardım İctimai Birliyi Qobustan rayonunda xərçəng xəstəliyinin profilaktikasına dair maarifləndirmə sessiyası keçirib.İctimai Birlikdən Azərtac-a bildirilib ki, tədbir risk qrupuna daxil olan insanlar üçün onkoloji xəstəliklərlə bağlı pulsuz məsləhət xidmətlərinin göstərilməsi məqsədilə təşkil edilib.Tədbirdə rayonun tibb işçiləri, xəstələr və risk qrupuna daxil olan insanlar iştirak ediblər. İştirakçılara xərçəng xəstəliyi, ətraf mühitin xəstəliyə təsiri, düzgün qidalanma, sağlam həyat tərzi haqqında ətraflı məlumat verilib və həkimlər tərəfindən onların sualları cavablandırılıb.xeber100.com

Dekabr 2, 2016 1:22

Ümumi təhsil səviyyəsi üzrə zona seminarı keçirilib

Dövlət İmtahan Mərkəzi noyabrın 27-də Ağcabədi şəhərində 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair zona seminarı keçirib.Azərtac xəbər verir ki, tədbirdə Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Laçın, Xocavənd, Tərtər və Zərdab rayonlarının təhsil işçiləri, ümumtəhsil məktəblərində kurikulum proqramı üzrə dərs deyən müəllimlər iştirak ediblər.Dövlət İmtahan Mərkəzinin Ağcabədi regional bölməsinin müdiri Samir Əliyev və Ağcabədi Rayon Təhsil Şöbəsinin müdir əvəzi Solmaz Rəhimova ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modeli, bu sahədə aparılan işlər haqqında məlumat veriblər.Seminarda Azərbaycan dili fənni üzrə Afiqə Batıyeva, riyaziyyat fənni üzrə Aydın Qasımov ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair məruzə ilə çıxış ediblər.xeber100.com

Noyabr 28, 2016 11:48

Taekvondo üzrə zona yarışlarının final mərhələsi keçirilir

Tovuz Olimpiya İdman Kompleksində yeniyetmələr arasında taekvondo üzrə zona yarışlarının final mərhələsi keçirilir.Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 45 şəhər və rayon komandasından 250 idmançı iştirak edir.Yeniyetmələr arasında taekvondo üzrə zona yarışlarının final mərhələsinə noyabrın 29-da yekun vurulacaq. Yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplom, medal və qiymətli hədiyyələri təqdim olunacaq.xeber100.com

Noyabr 28, 2016 11:38

“Türk filmləri həftəsi” çərçivəsində…

Azərbaycanda keçirilən “Türk filmləri həftəsi” çərçivəsində qardaş ölkənin tanınmış sənətçisi, “Təhminə və Zaur” filmində yaratdığı Təhminə obrazı ilə tanınan Meral Konrat, rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak və digərləri Sumqayıtda olublar.Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən Azərtac–a bildirilib ki, qonaqlar şəhərin mədəniyyət müəssisələri ilə yaxından tanış olub, son bir ildə aparılan abadlıq, tikinti və quruculuq işləri haqqında məlumatlandırılıblar.xeber100.com

Noyabr 28, 2016 11:35

Qanvermə aksiyası keçirilib

Noyabrın 25-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib.Azərtac xəbər verir ki, Respublika Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə keçən humanitar aksiyada 250 nəfərə yaxın könüllü iştirak edib.Qanvermə aksiyasına rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, ictimaiyyət nümayəndələri qoşulublar.

Noyabr 26, 2016 3:39
    Page 29 of 46« First«...1020...2728293031...40...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az