05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

“Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda konfrans keçiriləcək

Noyabrın 25-də Gəncədə “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların X konfransı keçiriləcək. Milli Oftalmologiya Mərkəzindən Azərtac-a bildirilib ki, konfransın açılışı şəhərdəki “Ramada” hotelinin konfrans salonunda saat 10:00-da olacaq. Açılış mərasimində mərkəzin direktoru, Əməkdar Elm Xadimi, professor Elmar Qasımov çıxış edəcək. Konfransda Milli Oftalmologiya Mərkəzi ilə yanaşı, Azərbaycan Tibb Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Şirvan Diaqnostika Mərkəzi və Xızı Rayon Mərkəzi Xəstəxanasından oftalmoloqların mövzuya dair məruzələri dinləniləcək.xeber100.com

Noyabr 11, 2016 12:14

Regionlarda seminarlar davam edir

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşəbbüsü ilə Şəkidəki İ.Nakam adına mərkəzi kitabxanada “Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda interaktiv seminar keçirilib. Tədbirdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, musiqi və incəsənət məktəblərinin nümayəndələri və təhsilalanlar iştirak ediblər. BXA-dan Azərtac-a bildiriblər ki, seminarda bu ali təhsil müəssisəsinin bakalavriat və magistratura şöbəsinin müdiri Apdin Əlizadə, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə Xoreoqrafiya Akademiyasının fəaliyyəti, keçdiyi tarixi inkişaf yolu, uğur və nailiyyətləri, buradakı tədris prosesi barədə məlumat veriblər. Qeyd olunub ki, cari tədris ilində BXA-da ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı, sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib. Növbəti tədris ilində ixtisas saylarının artırılması, musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rəqs, musiqi müəllimliyi və rejissorluq kimi ixtisasların açılması planlaşdırılır. Tədbirdə suallar cavablandırılıb, bu cür görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.xeber100.com

Noyabr 11, 2016 11:48

“Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda konfrans keçiriləcək

Noyabrın 25-də Gəncədə “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların X konfransı keçiriləcək.Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən Azərtac-a bildirilib ki, konfransın açılışı şəhərdəki “Ramada” hotelinin konfrans salonunda saat 10:00-da olacaq. Açılış mərasimində mərkəzin direktoru, Əməkdar Elm Xadimi, professor Elmar Qasımov çıxış edəcək. Konfransda Milli Oftalmologiya Mərkəzi ilə yanaşı, Azərbaycan Tibb Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Şirvan Diaqnostika Mərkəzi və Xızı Rayon Mərkəzi Xəstəxanasından oftalmoloqların mövzuya dair məruzələri dinləniləcək.xeber100.com

Noyabr 10, 2016 2:11

Regionlarda seminarlar davam edir

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşəbbüsü ilə Şəkidəki İ.Nakam adına mərkəzi kitabxanada “Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda interaktiv seminar keçirilib. Tədbirdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, musiqi və incəsənət məktəblərinin nümayəndələri və təhsilalanlar iştirak ediblər.xeber100.com

Noyabr 10, 2016 2:07

Tarix-Diyarşünaslıq Muzeyində nadir eksponatlar qorunub saxlanılır

Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində milli-mədəni tariximizi əks etdirən 11 mindən çox nadir eksponat qorunub saxlanılır. Azərtac xəbər verir ki, şair Əli bəy Hüseynzadənin adını daşıyan muzey 1981-ci ildə yaradılıb. İkimərtəbəli binada yerləşən, 2 foye, 5 zal və fond otağından ibarət olan muzeydə müxtəlif ölçülü və təyinatlı keramika, saxsı qab nümunələri, mis, bürünc məişət əşyaları, qədim gil çıraqlar, müxtəlif geyim və parça növləri, qədim dövrlərdə istifadə olunan qadın və kişi aksessuarları, müxtəlif sikkələr, tütün kisələri, təsərrüfat avadanlıqları saxlanılır. Muzeydə Azərbaycan tarixinin bütün mərhələlərinə-daş, gil, tunc və sonrakı dövrlərə aid eksponatlar toplanıb. Nümayiş olunan eksponatların ən qədimi 2800 illik tarixə malik Babazanlı küp qəbirlərdir. Xatırladaq ki, muzeydə saxlanılan küplər, çıraqlar və digər eksponatlar rayonun ən qədim yaşayış məskənlərindən olan Noxudlu, Marışlı və Qırxçıraq kəndlərindən tapılıb.xeber100.com  

Noyabr 10, 2016 11:20

Bayraq Günü münasibətilə yürüş keçirilib

Noyabrın 9-da səhər saatlarında Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, gənclər və ümumtəhsil məktəblərinin şagirdləri Dövlət Bayrağı Günü münasibətilə 3 istiqamətdən - Sumqayıt bulvarı, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev prospektindən Bayraq Meydanına doğru yürüş ediblər. Azərtac xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, Milli Məclisin deputatlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, “N” saylı hərbi hissənin əsgərləri və minlərlə şəhər sakininin iştirakı ilə burada bayram tədbiri keçirilib. Çıxışlarda üçrəngli bayrağımızın xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeri olduğu bildirilib.xeber100.com  

Noyabr 10, 2016 11:17

Üçüncü bayraq festivalı keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədə üçüncü bayraq festivalı keçirilib. Azərtac xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bayraq Meydanında təşkil olunan tədbir ulu öndərin Azərbaycan bayrağı haqqında müdrik fikirlərinin nümayişi ilə başlayıb. Festivalda dövlət himni səsləndirildikdən sonra bayraq haqqında videoçarx göstərilib.xeber100.com

Noyabr 9, 2016 1:45

Hərbi-vətənpərvərlik həftəsi davam edir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində “Bayrağım-varlığım, bəxtiyarlığım” devizi ilə keçirilən hərbi-vətənpərvərlik həftəsi davam edir. Azərtac xəbər verir ki, həftənin növbəti tədbiri Tovuz şəhərindəki Heydər Əliyev Meydanında təşkil olunub. Layihənin müəllifi, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək hərbi-vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələrin şəxsi heyətinin, həm də mülki əhalinin bayrağımıza sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov isə tovuzluların istər Böyük Vətən müharibəsi illərində, istərsə də bu gün Vətənin müdafiəsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edib. Qeyd olunub ki, Tovuz torpağı 3 Sovet İttifaqı Qəhrəmanı, 3 Azərbaycanın Milli Qəhrəmanı yetişdirib. Bununla yanaşı, 300-dən artıq tovuzlu şəhidlik zirvəsinə ucalıb və bu torpaqda böyüyüb boya-başa çatan xeyli sayda hərbi qulluqçu döyüş orden və medalları ilə təltif olunub. Hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində yüzlərlə tovuzlu gənc xidmət edir, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi peşələrə yiyələnir.xeber100.com

Noyabr 7, 2016 11:47

“Region QHT-ləri arasında stolüstü oyunlar üzrə yarışların keçirilməsi”…

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclərin Mədəni İnkişafına Dəstək “ İctimai Birliyinin icra etdiyi “Region QHT-ləri arasında stolüstü oyunlar üzrə yarışların  keçirilməsi” adlı layihənin icrası yekunlaşıb. Layihənin məqsədi regionlarda fəaliyyət göstərən QHT-lər arasında əlaqələrin qurulması,onlar arasında sağlam həyat tərzinin təbliği və  asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Layihə çərçivəsində Qəbələ, Quba, Gəncə və onları əhatə edən region QHT-ləri arasında hər birində 3 gün olmaqla şahmat və nərd oyunları üzrə yarışlar keçirilmişdir. Regionlar üzrə qalib gələn iştirakçılar arasında yekun final mərhələsi Bakı şəhərində keçirilmişdir. Nəticələrə əsasən şahmat yarışı üzrə Quba Regional Qeyri Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin nümayəndəsi, nərd yarışı üzrə isə Gənc Vətənpərvərlər İctimai Birliyinin Gəncə şöbəsinin nümayəndəsi qalib gəlib.xeber100.com.

Noyabr 4, 2016 1:30

Milli Elmlər Akademiyasının təşəbbüsü ilə…

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən və respublikamızın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan İkinci Azərbaycan Elm Festivalı noyabrın 4-də işini festivallar şəhəri kimi tanınan qədim Şəkidə davam etdirir. Azərtac xəbər verir ki, festivalın Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən təntənəli açılış mərasiminin iştirakçıları əvvəlcə foyedə təşkil edilmiş sərgi ilə tanış olublar. Festivalda elmi-populyar mühazirələr dinləniləcək, həmçinin muzeylərə, elmi laboratoriyalara, emalatxanalara ekskursiyalar təşkil olunacaq.xeber100.com

Noyabr 4, 2016 11:28
    Page 32 of 46« First«...1020...3031323334...40...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az