İstehlakçı hüquqlarına dair konfrans keçirilib

Aprelin 13-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Saatlıda istehlakçı hüquqlarına dair konfrans keçirilib."Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.Həmin gün, həmçinin rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təlim kursu keçirilib. Dövlət Xidmətinin əməkdaşları tərəfindən dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.Tədbirlərdə Saatlı rayonunun aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələri və 150-ə yaxın istehlakçı iştirak edib.xeber100.com

Aprel 13, 2018 1:41

“Aztelekom” 4G texnologiyasının tətbiqinə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb.Azərtac-ın bölgə müxbiri xəbər verir ki, pilot layihə olaraq, Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Bu, abunəçilərin internetlə yanaşı, digər multimedia xidmətlərindən istifadəsinə də imkan yaradır.Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilər 100 Mbit/san sürətlə internet xidmətindən istifadə edə biləcək. Gələcəkdə çətin relyef və coğrafi mövqedə yerləşən ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi istiqamətdə işlər davam etdiriləcək.“Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev bildirib ki, regionlarda yeni texnologiyaların tətbiqi ilə telekommunikasiya infrastrukturunu müasirləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində ötən ilin sonunda başlanan pilot layihə müsbət nəticələrlə sona çatdırılıb. “Hazırda Xaçmaz rayonunun iki kəndində simsiz şəbəkə istifadəyə verilib. Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilərimizə 100 Mbit/san sürətlə internet vermək mümkündür. Bu da imkan yaradacaq ki, müştəri internet xidməti ilə yanaşı, digər İP xidmətlərindən də rahat istifadə edə bilsin. Gələcəkdə telefonlaşması çətin olan digər bölgələrimizdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək”, - deyə Emin Quliyev qeyd edib.Ötən ildən həyata keçirilən layihələr nəticəsində bir sıra regionlarda köhnəlmiş avadanlıqlar yeni avadanlıqlarla əvəzlənib. Bununla yanaşı, telefonlaşmayan ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün 4-cü nəsil texnologiyaların (4G) tətbiqi nəzərdə tutulur.xeber100.com

Aprel 3, 2018 12:45