05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Dövlət Statistika Komitəsinin məlumatı

Noyabrın 21-dək ölkə üzrə 185 min 508,37 ton pambıq tədarük olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (24527,30 ton), Biləsuvar (22662,24 ton), Bərdə (20000,47 ton), Ağcabədi (18029,21 ton) və Sabirabad (16492,50 ton) daxildir.Qeyd edək ki, bu il ötən illə müqayisədə ölkə üzrə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.xeber100.com

Noyabr 21, 2017 2:32

“ASAN Radio” 96.5 Mhz tezliyində yayıma başlayıb

“ASAN Radio” Gəncə şəhəri və ətraf bölgələrdə 96.5 Mhz tezliyində yayıma başlayıb.Azərtac xəbər verir ki, indi “ASAN Radio”nu Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy və digər iri şəhər və rayonlarda da dinləmək mümkündür.Qeyd edək ki, “ASAN Radio” Bakı, Abşeron və Sumqayıtda 100.0 Mhz tezliyində, Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında isə 92.7 Mhz tezliyində yayımlanır.Hazırda “ASAN Radio”nun yayım dairəsi Azərbaycan Respublikası bölgələrinin 65-70 faizini əhatə edir.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən və 2015-ci ildə yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.xeber100.com

Noyabr 21, 2017 2:26

Fövqəladə hallar naziri vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri K.Heydərov noyabrın 24-də saat 11.00-dan Zərdab şəhərində vətəndaşların qəbulunu keçirəcək.Fövqəladə Hallar Nazirliyindən Azərtac-a bildiriblər ki, Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək qəbulda yalnız Zərdab, Ucar, Göyçay, Kürdəmir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Vətəndaşların qeydiyyatı noyabrın 23-də saat 09-da Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında başlayacaq.xeber100.com

Noyabr 20, 2017 12:01

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq…

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov cari il noyabrın 24-də saat 10:00-da Bərdə Rayon Prokurorluğunun inzibati binasında Mingəçevir şəhərində, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Bərdə şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.xeber100.com

Noyabr 20, 2017 11:59

Əmək yarmarkası təşkil olunub

Noyabrın 18-də Biləsuvar rayonunda təşkil olunmuş əmək yarmarkası 70-dən çox iş axtaran qadını və 20 yerli şirkəti bir araya gətirib.Azərtac xəbər verir ki, dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi işsiz qadınları təhsil və bacarıqlarına əsasən işəgötürən şirkətlərlə görüşdürmək və onlara iş tapmaqda kömək etmək olub.Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) maliyyələşdirdiyi layihəni bu təşkilatlarla bərabər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) birgə həyata keçiriblər.xeber100.com

Noyabr 19, 2017 10:26

İqtisadiyyat naziri vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 17-də iqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.Qəbulda digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşların müraciətlərinə də baxılıb.İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı ətraflı izahat və məlumat verilib, əksər məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib.İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin icrası isə nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.xeber100.com

Noyabr 17, 2017 2:31

Növbəti qanvermə aksiyası keçirilib

Şəmkirdə hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.Azərtac xəbər verir ki, Səhiyyə Nazirliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları qatılıblar.Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və icra hakimiyyəti aparatının məsul işçilərinin də qoşulduğu aksiyada 250-yə yaxın insan donor qismində iştirak edib.Toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilib.xeber100.com

Noyabr 15, 2017 2:23

Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

Noyabrın 13-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 173 min 846,71 ton məhsul təhvil verilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ötən iki gündə 1275,26 ton pambıq tədarük olunub.Qeyd edək ki, cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.xeber100.com

Noyabr 13, 2017 12:27

Kənd təsərrüfatı naziri vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 17-də Bərdə rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında bölgə vətəndaşları ilə görüşəcək.Kənd Təsərrüfatı Nazirliyindən Azərtac-a bildiriblər ki, nazir Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan sakinlərin müraciətlərini dinləyəcək.xeber100.com

Noyabr 13, 2017 12:25

Sahibkarlar üçün treninq keçirilib

Noyabrın 8-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Yardımlıda sahibkarlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyindən bildiriblər ki, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı, marketinq, menecment mövzularını əhatə edən treninqdə brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, marketinq anlayışı, bazar araşdırmalarının aparılması, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.Tədbirdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib.Treninqdə mövzular üzrə təqdimatlar keçirilib.xeber100.com

Noyabr 8, 2017 3:03
    Page 9 of 46« First«...7891011...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az