Azərbaycan kinosu FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək

“Şollerin arxivi” bədii filmi Braziliyanın Rio-de-Janeyro şəhərində FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək. Ekran əsəri festivalda gələn il martın 31-də birincilik uğrunda yarışacaq.Bu barədə Azərtac-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.xeber100.com

Dekabr 7, 2020 1:34

Daşınmaz əmlaka dair çıxarışlar elektron qaydada veriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında imzaladığı Fərmana əsasən daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Bununla da kağız çıxarış dövrünə son qoyulur.Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7,10 iş günündə yalnız elektron qaydada hazırlanacaq. Elektron çıxarışlar isə Elektron Hökumət portalına yerləşdiriləcək. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılacaq. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdiriləcək. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq hesaba transfer olunacaq.Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə daşınmaz əmlakın daha rahat yolla qeydiyyata alınması işi davam etdiriləcək.xeber100.com

Aprel 10, 2019 10:36

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildiriblər ki, yarışın sonuncu günündə kişilər və qadınlar kateqoriyasının hər birində dörd çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib. Orxan Səfərov (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Murad Fətiyev (81 kq), Diana Şoranova (63 kq), Süleyman Yaqubov (100 kq), Nuranə Muradova (78 kq), Günel Həsənli (70 kq) və Şahin Qəhrəmanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər.Mükafatçılara medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları, pul mükafatları təqdim olunub.Komanda hesabında ilk üç yeri tutan “Neftçi”, “Dinamo” və “Cüdo 2012” klublarının baş məşqçilərinə də kubok, diplomlar verilib.Respublika çempionatı ilə əlaqədar ölkəmizə dəvət olunan Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin rəhbəri Aleksandr Yatskeviç, qurumun komissarları Frank de Bur və Frank Oçko yarışın ən yaxşı üç hakimini müəyyənləşdirərək təltif ediblər.Çempionatın sonunda bu günlərdə yubileyini qeyd edən məşqçi, Azərbaycan Cüdo Federasiyasının Yarışların təşkili və keçirilməsi komitəsinin üzvü Arzu Axundova xatirə hədiyyəsi təqdim olunub.Qeyd edək ki, çempionatın birinci günündə Leyla Əliyeva (48 kq), Rəşad Yelkiyev (60 kq), Elmira Mustafayeva (57 kq), Rüfət Məmmədov (73 kq), Aytəkin Paşazadə (+78 kq) və Məmmədəli Mehdiyev (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.Çempionatda 56 klubdan 500-dək idmançı mübarizə aparıb.xeber100.com

Noyabr 22, 2018 11:43

Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 28-33° isti olacaq.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimalı var.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacaq.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 19-22°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.Respublikanın bölgələrində şərq küləyi əsəcək.xeber100.com

Sentyabr 14, 2018 1:49