25 İyun 2022 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Tunisin Beynəlxalq Hava Limanında bütün beynəlxalq uçuşlar dayandırılıb
İtaliya ərazisinə bu vaxtadək 120 mindən çox ukraynalı qaçqın daxil olub
Ukraynada hərbi vəziyyət və səfərbərlik avqustun 23-dək uzadılıb
“NATO-suz həyat – sülh üçün ideyalar” mövzusunda simpozium keçirilib
Rusiyada yeni “Böyük tənəffüs” uşaq və gənclər təşkilatı yaradılır
Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb
Avstraliyada parlamentə ümumi seçkilərdə erkən səsvermə başlayıb
Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş yoxdur
İkitərəfli strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Mercedes-Benz” şirkəti Misirdə elektromobil istehsalını həyata keçirəcək
Hərbi əməliyyatlar ispanların alıcılıq qabiliyyətinə birbaşa təsir edib
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə…
Avropa İttifaqı gömrük rüsumlarını bir illik dayandıra bilər
“Microsoft korporasiyasının gəliri ötən ilin eyni dövrü ilə müqayisədə artıb
Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb
Kiyev şəhərində komendant saatının vaxtı qısaldılıb
Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumatı
Previous Next
  1. Ana səhifə
  2. Azərbaycan Kinosu-120,Mədəniyyət

“Bronx World Cinema” adlı film festivalına start verilib

Bu gündən etibarən ABŞ-ın Nyu-York şəhərində “Bronx World Cinema” adlı film festivalına start verilib.Mədəniyyət və Turizm Nazirliyindən Azərtac –a bildirilib ki, yanvarın 14-dək davam edəcək müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun “Debüt” studiyasında lentə aldığı “Eliza” filmi təmsil edəcək.Bədii rəhbəri kinorejissor, Xalq Artisti Eldar Quliyev olan ekran əsərinin ssenari müəllifi Yelena Andreyeva, operatoru Yuri Varnovski, rejissor assistenti Cabir Hacıyev, montajçı Elşən Bağırovdur. Filmdə Dəniz Tacəddin, Toğrul Rza və Hicran Nəsirova rol alıb.Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan “Bronx World Cinema” festivalı dünya kinosunun təbliğinə xidmət edir. Müxtəlif mədəniyyətləri bir arada təqdim etmək festivalın əsas məqsədlərindəndir.xeber100.com

Yanvar 12, 2018 3:11

“Qızıl qala” V Beynəlxalq yubiley kinofestivalı keçiriləcək

Rusiya Federasiyasının İnquşetiya Respublikasında "Qızıl qala" V Beynəlxalq yubiley kinofestivalı keçiriləcək.Rusiya KİV-ləri  xəbər verir ki, kinofestivalın proqramına Azərbaycan, Şimali Qafqaz və Gürcüstandan gənc perspektivli rejissor və ssenaristlərlə görüşlər də daxil ediləcək. Nazran şəhərində idman sarayında keçirilməsi planlaşdırılan kinofestivalda Rusiyanın tanınmış rejissorları, ssenaristlər, əməkdar incəsənət xadimləri iştirak edəcəklər.Qeyd edək ki, İnquşetiya Respublikasının ərazisində kinematoqrafiya mərkəzi yaradıla bilər. Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin müavini, Xalq Artisti Klim Lavrentyev bu təklifi İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovla görüşdə səsləndirib.xeber100.com

Yanvar 8, 2018 3:15

Dövlət Film Fondu tədbirlər planını açıqlayıb

Hər il olduğu kimi, bu il də Dövlət Film Fondu görkəmli şəxsiyyətlərin - ictimai-siyasi, mədəniyyət və incəsənət xadimlərinin xatirə gecələrinin təşkilini həyata keçirəcək.Film Fondunun mətbuat katibi Azərtac-a bildirib ki, 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər planına çoxsaylı tədbirlərin, habelə elmi konfransların keçirilməsi daxildir.Belə ki, Dövlət Film Fondunun təşkilatçılığı ilə qurumun builki ilk tədbiri “Ulu öndər Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans olacaq.Bundan başqa, görkəmli kinorejissor və aktyorlar Muxtar Dadaşovun 105, Şahmar Ələkbərovun 75, Ağarza Quliyevin 120, Qəmər Salamzadənin 110, Həsənağa Turabovun 80, Arif Babayevin 90, Həsən Məmmədovun 80 və Rasim Ocaqovun 85 illiyi qeyd ediləcək.xeber100.com

Yanvar 8, 2018 3:05

Oskar mükafatı uğrunda mübarizə aparacaq filmlərin siyahısı açıqlanıb

ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyası Oskar mükafatının əsas nominasiyası uğrunda mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb.Rusiya KİV-ləri xəbər verir ki, "İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub.Mükafata əsas namizədlərin sırasında “Möcüzə-qadın”, “Ülgüc üzərində qaçış 2049”, “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır”, “Dünkerk”, “Kinqsman: Qızıl üzük” və başqa filmlər yer alıb.Qeyd edək ki, Oskar mükafatının təqdimetmə mərasimi gələn il martın 4-də Los-Ancelesdə keçiriləcək.xeber100.com

Dekabr 21, 2017 2:13

“Çölçü” filmi beynəlxalq film festivalının qalibi olub

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalında “Qızıl tülkü” mükafatının qalibi olub.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kinostudiya tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.xeber100.com

Dekabr 7, 2017 2:49

“Azərbaycanfilm” kinostudiyasının məlumatına görə…

“Qırmızı bağ” və “İçəri şəhər” bədii filmləri Çində keçirilən 4-cü “İpək Yolu” beynəlxalq film festivalında nümayiş olunub.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a verilən məlumata görə, kinostudiya və “Weit Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssam Leonid Karpov, bəstəkar Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.Rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Badıyev və başqaları çəkiliblər.Kinostudiyanın istehsalı olan “İçəri şəhər” filminin isə ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssam Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları Təhminə Rafaella, Mehriban Zəki, Firdovsi Atakişiyev, Elmira Şabanova və başqaları canlandırıblar.Filmi festivalda rejissor İlqar Safat və aktrisa Mehriban Zəki təmsil ediblər.Qeyd edək ki, hər iki film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınıb.xeber100.com

Dekabr 1, 2017 12:25

“Çölçü” filmi beynəlxalq elmi konfransda

“Çölçü” filmi beynəlxalq elmi konfransa daxil edilən beş filmdən biri olub.Bu barədə filmin rejissoru Şamil Əliyev bildirib. Qeyd edib ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən elmi konfrans “İslam dünyası və kino” mövzusuna həsr edilib. İslam dünyasına aid beş rejissorun filmi həmin konfransa salınıb. Türkiyədən Nuri Bilgə Ceylan, Misirdən Yusif Şahin, Qazaxıstandan Bayqazin və İrandan Həqiqinin filmləri də həmin konfransda nümayiş və təhlil olunacaq.Şamil Əliyev filminin elmi konfransın siyahısına salınmasının səbəbini bir müddət əvvəl Çikaqoda qazandığı uğurun nəticəsi olaraq görüb. O, “Çölçü”nün Çikaqoda “Art House Blow-UP” film festivalında Antonioni və Tarkovski mükafatının nominantı olduqdan sonra Avropa və Amerikada ali məktəblərin kino fakültələrinə dərs vəsaiti kimi salındığını deyib.xeber100.com

Noyabr 30, 2017 2:14

“Azərbaycanfilm” kinostudiyasının məlumatı

“Həddən artıq uyğunluq” filmi 6-cı Dehli Beynəlxalq Film Festivalına dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a verilən məlumata görə, filmin ssenari müəllifləri R.Fətəliyev, A.Mərdan, quruluşçu rejissoru Ü.Könül, quruluşçu operatoru N.Mehdiyevdir. Rolları Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev və başqaları canlandırıblar.Qeyd edək ki, sevgi mövzusunda olan filmdə saf hisslərin təlqin etdiyi məsələlərdən danışılır.xeber100.com

Noyabr 1, 2017 12:33

VIII Avropa Film Festivalı çərçivəsində…

Bakıda keçirilən VIII Avropa Film Festivalı çərçivəsində ilk film noyabrın 2-də “Park Bulvar Cinema”da təqdim ediləcək.Azərtac xəbər verir ki, “Meymun” adlı dram janrında olan ekran əsəri Bolqarıstan kinematoqrafiyasına məxsusdur.Bolqarıstanlı rejissor Dimitar Kotzevin ekranlaşdırdığı film ingilis dilində subtitrlərlə təqdim ediləcək.Qeyd edək ki, noyabrın 2-dən 12-dək davam edəcək festivalda ölkəmiz “Nar bağı” filmi ilə təmsil olunacaq.xeber100.com

Oktyabr 31, 2017 3:04

VIII Avropa Film Festivalı keçiriləcək

Bakıda noyabrın 2-dən 12-dək VIII Avropa Film Festivalı keçiriləcək. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunacaq.Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Azərtac-a bildirilib ki, festivalı proqramına 21 film daxildir. Onlardan 1-i Azərbaycan, 1-i Böyük Britaniya, 1-i Norveç, qalanları isə Avropa İttifaqının 18 ölkəsi - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.Filmlərin təqdim olunacağı festival zamanı Avropanın tanınmış film rejissorları da paytaxtımıza gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen da var. Onlar Bakıda ustad dərsləri də keçirəcəklər.Filmlərin nümayişindən sonra interaktiv müzakirələr aparılacaq.xeber100.com

Oktyabr 26, 2017 2:57
    Page 3 of 14«12345...10...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az