10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Opera və Balet Teatrı təqdim edir

Dekabrın 16-da Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası növbəti dəfə nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Bülbülün 120 illiyi çərçivəsində təqdim ediləcək.Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş səhnə əsərində Koroğlu partiyası Əməkdar Artist Fərid Əliyev tərəfindən ifa olunacaq.C.Cəfərovun idarə edəcəyi operada eyni zamanda Ə.Əsgərov, F.Hacıyeva, İ.Əfəndiyeva, C.Qurbanov , Ə.Poladov, Ə.İbrahimov, S.Əliyev və b. çıxış edəcək.xeber100.com

Dekabr 8, 2017 1:19

Musiqili Teatrın dekabr repertuarında…

Musiqili Teatrın dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.Teatrın repertuarını təqdim edirik: 1 dekabr - “Hacı Qara”, “Qısqanc ürəklər” 2 dekabr - “Bremen musiqiçiləri və Pen”, “www.ferzeli-kef.com” 3 dekabr - “Bir dayan, canavar!” (rus dilində) , “Bankir adaxlı” 8 dekabr - “Fransızsayağı qarnir” (rus dilində), 9 dekabr - “Düyməcik” (rus dilində), “Baladadaşın toy hamamı” 10 dekabr - “Qırmızı papaq”, “Amerikalı kürəkən” 15 dekabr - “Molla Nəsrəddinin beş arvadı” 16 dekabr - “Qızıl toy” 17 dekabr - “Arşın mal alan” 22 dekabr - “Silva” (rus dilində) 23 dekabr - “Mən dəyərəm min cavana” 24 dekabr - “Toya bir gün qalmış” 30, 31 dekabr- Yeni il şənlikləri.xeber100.com

Noyabr 30, 2017 2:08

Kukla Teatrı dekabr repertuarını təqdim edir

Kukla Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın repertuarını təqdim edir: 1 dekabr - Nicat Kazımov "Ələddin", rus xalq nağılı “Durnabalığı” 2 dekabr - Canni Rodari "Çipollino" 3 dekabr - rus xalq nağılı "Qoğal" 8 dekabr - Samuil Marşak "Pişiyin evi", Tofiq Ağayev "Qoçaq Əhməd" 9 dekabr - "Turp", Canni Rodari "Çipollino" 10 dekabr - Şarl Perro "Qırmızı papaq", rus xalq nağılı "Qoğal" 15 dekabr - Kəmalə Ağayeva "Göyçək Fatma", rus xalq nağılı "Durnabalığı" 16 dekabr - Əli Səmədli "Cik-cik xanım", Canni Rodari "Çipollino" 17 dekabr - Abdulla Şaiq "Tıq-tıq və Taq-taqın nağılı", Tofiq Ağayev "Qoçaq Əhməd" 22 dekabr - Vladimir İlyuxov "Oyaq gözəl" 23 dekabr - Əhməd Oruc "Zınqırovlu pişik", rus xalq nağılı "Qoğal"; 24 dekabr - Mirmehdi Seyidzadə "Cırtdan", Tofiq Ağayev "Qoçaq Əhməd" 27-31 dekabr - "Qış nağılı".xeber100.com    

Noyabr 30, 2017 2:03

Opera və Balet Teatrı təqdim edir

Dekabrın 6-da Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq.Teatrdan məlumat verilib ki, bu dəfə səhnə əsərində Əsli rolunu gənc xanəndə Sədəf Budaqova ifa edəcək. Operada gənc xanəndənin tərəf müqabili teatrın solisti Elnur Zeynalov isə Kərəm partiyasını canlandıracaq.Bundan başqa, sənət ocağında dekabrın 10-da Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunacaq. Gənc muğam ifaçısı - Rəvanə Qurbanova operada Leyli rolunu ifa edəcək. Məcnun rolunda isə səhnəyə Əməkdar Artist Səbuhi İbayev çıxacaq.Hər iki səhnə əsəri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.xeber100.com

Noyabr 29, 2017 2:19

Musiqili Teatrın məlumatına görə…

Musiqili Teatrının yaradıcı kollektivi həftəsonu altı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşaçılar dekabrın 1, 2 və 3-də sənət ocağında “Hacı Qara”, “Qısqanc ürəklər”, “Bremen musiqiçiləri və Pen”, “Bir dayan, canavar!” və “Bankir adaxlı” adlı səhnə əsərlərini izləyə biləcəklər.Nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Marina Litvinenko, Nadir Xasıyev, Nadejda Povelitsina, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov və digərləri çıxış edəcək.Rusdilli və balaca tamaşaçıları unutmayan teatrda onlar üçün “Bir dayan, canavar!”, “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşaları təqdim olunacaq.xeber100.com

Noyabr 28, 2017 1:07

Opera və Balet Teatrı dekabr repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dekabr repertuarı maraqlı səhnə əsərləri ilə zəngindir.Sənət ocağının dekabr repertuarını təqdim edirik: 2 dekabr - Jorj Bize “Karmen” 3 dekabr - Əfrasiyab Bədəlbəyli “Qız qalası” 6 dekabr - Üzeyir Hacıbəyli “Əsli və Kərəm” 9 dekabr - Pyotr Çaykovski “Qu gölü” 10 dekabr - Üzeyir Hacıbəyli “Leyli və Məcnun” 13 dekabr - Müslüm Maqomayev “Şah İsmayıl” 16 dekabr - Üzeyir Hacıbəyli “Koroğlu” 17 dekabr - Fikrət Əmirov “Min bir gecə” 20 dekabr - Fikrət Əmirov “Sevil 23 dekabr - Cüzeppe Verdi “Trubadur” 24 dekabr - Pyotr Çaykovski “Şelkunçik” 26, 27, 28, 29 dekabr - Moskva İri Kuklalar Teatrının uşaqlar üçün Yeni İl tamaşası 30 dekabr - “Hədsiz xoşbəxtlik”.xeber100.com

Noyabr 23, 2017 1:34

Pantomima Teatrı dekabr repertuarını təqdim edir

Pantomima Teatrı gələn ay maraqlı tamaşalarla çıxış edəcək.Azərtac sənət ocağının dekabr repertuarını təqdim edir: 2 dekabr - “Vuvana” (yeni tamaşa) 3 dekabr - “Pantomima buketi” 9 dekabr - “Dejavü” 10 dekabr – “Fəlakət və İnsan” (maarifləndirici uşaq tamaşası), “İt gəzdirən xanım” 16 dekabr - “Vuvana” 17 dekabr - “Underground” 23 dekabr - “Ağ bığlılar” 24 dekabr - “Fəlakət və İnsan”, ”Mənim balığımsan” 30 dekabr- “Vuvana”.xeber100.com

Noyabr 20, 2017 11:36

Musiqili Teatrın məlumatına görə…

Musiqili Teatrı bu həftə doqquz tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşaçılar səhnə əsərlərini noyabrın 16, 17, 18, 19-da izləmək imkanı əldə edəcəklər. Belə ki, sənət ocağının səhnəsində müvafiq olaraq “Hacı Qara”, “Qızıl cücə”, “Arşın mal alan”, “Molla Nəsrəddinin beş arvadı”, “Bremen musiqiçiləri və Pen”, “Mən dəyərəm min cavana” və “Düyməcik” tamaşaları oynanılacaq.Teatr, həmçinin rusdilli və azyaşlı tamaşaçılarını da nəzərə alaraq onlar üçün də maraqlı səhnə əsərləri hazırlayıb.xeber100.com

Noyabr 15, 2017 1:43

Teatr Xadimləri İttifaqının təqdimatında

Teatr Xadimləri İttifaqının səhnəsində iki maraqlı tamaşa təqdim olunacaq.İttifaqdan Azərtac-a bildirilib ki, bu gün və sabah saat 19.00-da izləniləcək “Peterburq mənzilləri” və “Əlvida, konferansye” tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqı və “Art” Sankt-Peterburq Dövlət Musiqili Teatrının birgə təşkilatçılığı ilə nümayiş olunacaq.Teatr Xadimləri İttifaqı teatrsevərləri tamaşalara baxmağa dəvət edir.xeber100.com

Noyabr 15, 2017 1:00

Musiqili Teatrın təqdimatında…

Musiqili Teatrda Mirzə Fətəli Axundzadənin “Hacı Qara” ikihissəli komediyası əsasında hazırlanan eyniadlı səhnə əsəri təqdim olunub.Xatırladaq ki, 108-ci teatr mövsümünün növbəti premyerası olan tamaşa meydan üslubunda hazırlanıb. Bir sıra yeniliklərlə zəngin olan səhnə əsərinə Əməkdar Artist Loğman Kərimovun quruluşunda baxılıb. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsus olan tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edib.Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.xeber100.com  

Noyabr 10, 2017 12:44
    Page 11 of 37« First«...910111213...2030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az