05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Opera və Balet Teatrı sentyabr repertuarını təqdim edir

Akademik Opera və Balet Teatrı sentyabrın üçüncü ongünlüyündə maraqlı səhnə əsərləri ilə çıxış edəcək.Teatrın nəzərdə tutulan repertuarını təqdim edirik: 19 sentyabr- Üzeyir Hacıbəyli - “Leyli və Məcnun” (üç pərdəli opera) 23 sentyabr- Müslüm Maqomayev - “Şah İsmayıl” (üç pərdəli opera) 24 sentyabr- Qara Qarayev - “Yeddi Gözəl” (iki pərdəli balet) 27 sentyabr- Cüzeppe Verdi - “Traviata” (dörd pərdəli opera) 30 sentyabr- Adolf Adan - “Jizel” (iki pərdəli balet).xeber100.com

Sentyabr 14, 2017 12:21

Pantomima Teatrı yeni mövsümü sentyabrın 23-də açıq elan edəcək

Pantomima Teatrı yeni mövsümü sentyabrın 23-də “Qoca və Mələk” tamaşası ilə açıq elan edəcək.Azərtac xəbər verir ki, rejissor Elnur Rzayevin quruluşunda təqdim ediləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir. Plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.Qeyd edək ki, səhnə əsərinin premyerası cari il mayın 6-da baş tutub.xeber100.com

Sentyabr 8, 2017 1:57

Musiqili Teatr sentyabr repertuarını təqdim edir

Azərbaycan Dövlət Musiqili Teatrı özünün 108-ci teatr mövsümünün ilk ayı üçün repertuar planını açıqlayıb.Teatrın sentyabr repertuarını təqdim edirik: 16 sentyabr - Ü.Hacıbəyli. “Ər və arvad”; 17 sentyabr - İ.Əfəndiyev. “Mənim günahım”; 22 sentyabr - İ.Sadıqov. “Molla Nəsrəddinin beş arvadı”; 23 sentyabr - Ü.Hacıbəyli. “Arşın mal alan”; 24 sentyabr - Ü.Hacıbəyli. “O olmasın bu olsun”; 29 sentyabr - İ.Kalman. “Silva” (rus dilində); 30 sentyabr – Elçin. “Baladadaşın toy hamamı”. Qeyd edək ki, tamaşalar saat 19:00-da başlanır.xeber100.com

Sentyabr 8, 2017 12:57

Kukla Teatrı teatr mövsümünü sentyabrın 16-da açacaq

Kukla Teatrı özünün 86-cı teatr mövsümünü sentyabrın 16-da açacaq.Azərtac xəbər verir ki, həmin gün S.Marşakın “Pişiyin evi” tamaşası nümayiş olunacaq.Birhissəli tamaşa kuklalarla yanaşı, canlı planda aktyor oyunu üzərində qurulur. Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın ideyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.xeber100.com

Sentyabr 6, 2017 12:00

V Beynəlxalq Teatr Festivalı keçiriləcək

Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Sözügedən festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək.Teatrdan Azərtac-a bildirilib ki, oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar Artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxacaq. Səhnə əsəri oktyabrın 27-də təqdim olunacaq. Tamaşa indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında müxtəlif mükafatlara layiq görülüb.Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin də teatrları iştirak edəcək.xeber100.com

Sentyabr 5, 2017 11:10

Milli Dram Teatrı sentyabr ayının repertuarını təqdim edir

Milli Dram Teatrı sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.Azərtac teatrın sentyabr repertuarını təqdim edir: 22 sentyabr - “Qarabağnamə” 23 sentyabr - “Ölülər” 24 sentyabr - “Boy çiçəyi” 29 sentyabr - “Vəsiyyət” 30 sentyabr - “Almaz”.xeber100.com

Sentyabr 4, 2017 3:23

Milli Teatr mövsümü “Qarabağnamə” tamaşası ilə açacaq

Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 22-də İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.Teatrdan Azərtac-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com

Avqust 28, 2017 11:09

Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilib

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilib.Qazaxıstanın Xalq Artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr edilən festivalda ölkəmizi “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti təmsil edib.Teatrdan Azərtac-a bildirilib ki, yaradıcı heyət Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edib.xeber100.com

Avqust 28, 2017 11:01

Rusiya Böyük Teatrında “Karmen” operası nümayiş etdiriləcək

Noyabrın 28-29-da Rusiya Dövlət Akademik Böyük Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş etdiriləcək.Teatrın saytı xəbər verir ki, noyabrın 29-da səhnə əsərində Mikaelanın partiyasını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano), Eskamilyonun partiyasını Əməkdar Artist Elçin Əzizov (bariton) ifa edəcək.Qeyd edək ki, bu il Moskvada Dinara Əliyevanın "Opera Art" İkinci Beynəlxalq Musiqi Festivalı keçirilib.E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir.xeber100.com

Avqust 5, 2017 12:19

Milli Dram Teatrı beynəlxalq festivala hazırlaşır

Avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək.Bu barədə Azərtac-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, festivalda rejissor Anar Sadıqovun Əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Qeyd edək ki, festivalda Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələr təmsil olunacaq.xeber100.com

Avqust 2, 2017 12:24
    Page 14 of 37« First«...1213141516...2030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az