05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Rus Dram Teatrı 97-ci mövsümün repertuarını açıqlayıb

Rus Dram Teatrı 97-ci mövsümün ilk ayının repertuarını açıqlayıb.Azərtac teatrın repertuarını təqdim edir: 16 sentyabr – Premyera 17 sentyabr - “Sanset bulvarı” 22 sentyabr - “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” 23 sentyabr - “Şəhrizadın daha bir gecəsi” 24 sentyabr - “Senyor Todero-xuliqan” 29 sentyabr – “Artistin taleyi” 30 sentyabr – “Afina axşamları”. Uşaqlar üçün: 16 sentyabr - “Gəlin, nağıla baxaq” 17 sentyabr - “Nağılı tap–5” 23 sentyabr - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” 24 sentyabr - “Nağılı tap–1” 30 sentyabr – “Durnabalığının buyruğu ilə”.xeber100.com  

İyul 22, 2017 11:25

Kukla Teatrı növbəti teatr mövsümünü başa vurub

Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu münasibətlə təşkil edilən tədbirdə teatrın truppası və nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları tərəfindən müxtəlif tamaşalardan parçalar, musiqi nömrələri təqdim olunub.Kukla Teatrının direktoru Rəşad Əhmədzadə 85-ci mövsümdə teatrın əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, mövsümdə bir sıra uğurlara imza atan teatrın kollektivi XI “Muraveynik” və V “Orteke” beynəlxalq kukla teatrları festivallarında yüksək mükafatlar qazanıb. Mövsüm ərzində sənət ocağı altı yeni tamaşa təhvil verib.Tədbirin sonunda il ərzində Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı işıqlandıran bir neçə media təmsilçisi Milli Mətbuat Günü ərəfəsində “Teatrın dostu” mükafatı ilə təltif olunub.xeber100.com

İyul 18, 2017 11:05

“Yuğ” Teatrı mövsümə yekun vurub

“Yuğ” Teatrı mövsümə “Səsini unutma” tamaşası ilə yekun vurub.Teatrdan Azərtac-a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında yeni əsərlərdəndir.Kukla Teatrının səhnəsində nümayiş edilən səhnə əsərinin xronometrajı 70 dəqiqə olub.xeber100.com

İyul 17, 2017 11:32

Musiqili Teatr 107-ci mövsümü başa vurub

Musiqili Teatr 107-ci mövsümü premyera ilə başa vurub.Azərtac xəbər verir ki, iyulun 14-də və 15-də tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası təqdim olunub.Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.Yeni səhnə əsərinin süjet xətti ilk baxışda sadə görünsə də, hadisələr inkişaf etdikcə, bu sadəliyin arxasında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır.xeber100.com    

İyul 16, 2017 4:03

Kukla Teatrının məlumatına əsasən…

Kukla Teatrı 85-ci mövsümü başa vurur. Yeni tamaşalar, qastrol səfərləri, müxtəlif yerli və beynəlxalq festivallarda iştirak və uğurlu nəticələrlə yadda qalan mövsüm iyulun 16-da başa çatacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxacaqlar.Teatrsevərlərə və kollektivə bayram ovqatı bəxş etmək üçün nəzərdə tutulan son nümayiş təntənəli mərasimlə də yadda qalacaq.Teatrın mövsümün sonuna həsr olunmuş bayram tədbirində il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı işıqlandıran KİV nümayəndələri də təltif ediləcək. Belə ki, Milli Mətbuat Günü ərəfəsində bir neçə media təmsilçisi “Teatrın dostu” mükafatı ilə təltif olunacaq. Qeyd edək ki, bu miqyasda mükafatlandırma təşəbbüsünü məhz Dövlət Kukla Teatrı gerçəkləşdirəcək.xeber100.com

İyul 13, 2017 1:59

Pantomima Teatrının məlumatına əsasən…

Pantomima Teatrı Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası ilə mövsümə yekun vurub.Teatrdan Azərtac-a bildirilib ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Nargilə Qəribovaya, rəqslərin quruluşu isə Elnur İsmayılova aiddir.“Adajio” müasir Azərbaycan şairlərinin lirikası əsasında qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır.xeber100.com

İyul 10, 2017 12:25

Milli Teatr mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurub

Akademik Milli Dram Teatrı mövsümə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vurub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Aktyorlar əsəri tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırıblar. Zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib.“Qarabağnamə” teatrın repertuarında xüsusi yer tutan, aktual mövzulu tamaşalardandır. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın ən böyük dərdi olduğu indiki məqamda bu tamaşa xüsusilə aktual səslənir.Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və hökmdar İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.xeber100.com

İyul 10, 2017 12:22

“Yuğ” Teatrının təqdimatında…

“Yuğ” Teatrının yaradıcı kollektivi “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilən “Boy” tamaşasını teatrsevərlərə təqdim edib.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sənət ocağı ideya müəllifi və quruluşu rejissoru Tərlan Engin olan səhnə əsəri ilə mövsümə yekun vurub.Səhnə əsərində insan və onun ideyaları, arzuları, gələcəyə baxışları öz əksini tapıb.xeber100.com

İyul 6, 2017 12:03

Musiqili Teatr 107-ci mövsümə yekun vuracaq

Musiqili Teatr iyulun 15-də 107-ci mövsümə yekun vuracaq.Qurumun mətbuat xidmətindən bildirilib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olub. Ənənə halını alan tədbirdə teatrın bu mövsümündə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşları mükafatlandırılıb.Tədbirdə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev mövsüm ərzində görülən işlərdən, qazanılan uğurlardan, qarşıya qoyulan vəzifələrdən, hədəflərdən bəhs edib.Sonra mükafatlandırma mərasimi keçirilib.xeber100.com

İyul 5, 2017 12:16

Milli Teatr mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vuracaq

Yola saldığımız mövsüm Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, mövsüm ərzində xaricdə və bölgələrdə qastrol səfərlərində olan teatrın kollektivi bir neçə tamaşanın premyerasında iştirak edib. Eyni zamanda, teatrda ölkəmizin mədəni həyatında müstəsna xidmətləri olan bir neçə korifey sənətkarlarımızın yubileyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təntənəli şəkildə qeyd olunub.Sənət ocağının mövsüm ərzində gördüyü və planlaşdırdığı bu və ya digər işlərlə bağlı teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Azərtac-a məlumat verib.Qeyd edək ki, Akademik Milli Dram Teatrı teatr mövsümünə iyulun 9-da “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.xeber100.com

İyul 4, 2017 11:08
    Page 15 of 37« First«...10...1314151617...2030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az