05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Milli Dram Teatrı qastrol səfərinə hazırlaşır

Akademik Milli Dram Teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə hazırlaşır.Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının yaradıcı heyəti qastrol çərçivəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşası ilə çıxış edəcək. Belə ki, səhnə əsəri Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda teatrsevərlərə təqdim olunacaq.Qeyd edək ki, ikihissəli qara komediyanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı isə Kamil İsmayılovdur.xeber100.com

Fevral 13, 2017 11:27

Böyük Teatrda “Çar gəlini” operası nümayiş etdiriləcək

Martın 3-dən 5-dək Böyük Teatrda Nikolay Rimski-Korsakovun "Çar gəlini" operası nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, martın 3-də və 5-də bu səhnə əsərində Qriqori Qriqoryeviç Qryaznoyun partiyasını əməkdar Artisti Elçin Əzizov ifa edəcək.Xatırladaq ki, E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir.xeber100.com

Fevral 13, 2017 11:12

Gənc Tamaşaçılar Teatrının məlumatı

Fevralın 24-də  Gənc Tamaşaçılar Teatrının kollektivinin iştirakı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanlarının xatirəsi anılacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq.Faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş ediləcək.Fevralın 26-da isə adıçəkilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq. Tamaşanın təqdimatından əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini yad edəcəklər.xeber100.com

Fevral 10, 2017 12:18

Gənc Tamaşaçılar Teatrının məlumatına görə…

Gənc Tamaşaçılar Teatrında xalq artistləri Ağaxan Salmanlının 75, Yasin Qarayevin isə 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərtac xəbər verir ki, tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov çıxış edərək hər iki aktyorun sənət yolundan, Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərindən söz açıb. Eyni zamanda İlham Rəhimli hər iki sənətkarı təbrik edib, onların Azərbaycan teatrının inkişafındakı xidmətlərdən söz açıb.Tədbirdə Ağaxan Salmanlının quruluşunda Əhməd Orucəlinin eyniadlı komediyası əsasında hazırlanan “Açarını itirənlər” komediyasının premyerası olub.xeber100.com

Fevral 9, 2017 11:51

“Qıpçaq rəqsləri” baletinin premyerası keçiriləcəkdir

Fevralın 18-də  Opera və Balet Teatrında bəstəkar Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcəkdir.Xatırladaq ki, "Qıpçaq rəqsləri"nin musiqi materialı bəstəkarın "Knyaz İqor" operasının tərkib hissəsidir.Teatrdan verilən məlumata görə, balet Sankt-Peterburqun Mixaylovski Opera və Balet teatrının xoreoqrafı Sergey Moxnaçovun quruluşunda səhnəyə  qoyulub. Tamaşanın quruluşçu rəssamı Rafiz İsmayılov, dirijoru isə Yalçın Adıgözəlovdur.Kütləvi səhnələrlə zəngin olan tamaşada balet truppasının bütün artistləri iştirak edəcəklər.xeber100.com

Fevral 9, 2017 11:44

Rus Dram Teatrında premyera olacaq

Martın 12-də Rus Dram Teatrında Karlo Qoldoninin “Senyor Todero-xuliqan” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.Azərtac teatrın saytına istinadla xəbər verir ki, tamaşa Azərbaycanın Xalq Artisti Məbud Məhərrəmovun 60 illik yubileyinə həsr edilib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskidir. Rolları Xalq Artisti Məbud Məhərrəmov, Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abaszadə, aktyorlar Mariya Dubovitskaya, Maqsud Məmmədov, Olqa Arsentyeva, Oleq Əmirbəyov və başqaları ifa edəcəklər.Biletləri teatrın kassasından və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.xeber100.com

Fevral 7, 2017 11:10

Musiqili Teatrda 107-ci mövsümün növbəti premyerası keçiriləcək

Musiqili Teatrda “Mənim günahım”ın premyerası olacaq Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək. Musiqili Teatrdan bildirib ki, xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və  bəstəkar Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan tamaşa 9 fevral saat 19.00-da tamaşaçılara təqdim olunacaq.xeber100.com

Fevral 6, 2017 12:30

Rus Dram Teatrı təqdim edir…

Martın 12-də Rus Dram Teatrında Karlo Qoldoninin “Senyor Todero-xuliqan” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.Azərtac teatrın saytına istinadla xəbər verir ki, tamaşa xalq artisti Məbud Məhərrəmovun 60 illik yubileyinə həsr edilib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskidir. Rolları Xalq Artisti Məbud Məhərrəmov, Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abaszadə, aktyorlar Mariya Dubovitskaya, Maqsud Məmmədov, Olqa Arsentyeva, Oleq Əmirbəyov və başqaları ifa edəcəklər.Biletləri teatrın kassasından və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.xeber100.com

Fevral 5, 2017 5:37

Musiqili Teatrın fevral repertuarını təqdim edir

Musiqili Teatr 2017-cı il fevral ayı üçün repertuarını açıqlayıb. 04.02 R. Şəfəq, V. Zimin “Yağış göbələyinin macərası” (rus dilində) 12.00 04.02. E. Sabitoğlu, C. Məmmədov “www.ferzeli-kef.com” 19.00 05.02 Ə. Səmədli “Meşə çaqqalsız olmaz” 12.00 05.02 Ə. Haqverdiyev “Kimdir müqəssir” 19.00 10.02. İ. Kalman “Silva” (rus dilində) 19.00 11.02 E. Sabitoğlu, Y. Şvarts “Qırmızı papaq” 12.00 11.02 Ə. Səmədli “Toya bir gün qalmış” 19.00 12.02 H.X. Andersen “Düyməcik” 12.00 12.02 F. Sücəddinov, T. Vəliyeva “Mən dəyərəm min cavana” 19.00 17.02 Elçin “Baladadaşın toy hamamı” 19.00 18.02 O. Kazimi, R. Heydər “Qızıl toy” 19ş00 18.02 Ü. Hacıbəyli “O olmasın, bu olsun” 19.00 19.02 O. Zülfüqarov, R. Heydər “Dəcəl çəpişlər” 12.00 19.02 F. Əmirovun musiqiləri əsasında “999-cu gecə” 19.00 24.02 R. Hacıyev “Qafqazlı qardaşqızı” (rus dilində) 19.00 25.02 R. Ağayeva, A. Xayt, A. Kurlyandski “Bir dayan canavar” 12.00 25.02 R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov “Talelər qovuşanda” 19.00

Fevral 1, 2017 12:52

Milli Dram Teatrının təqdimatında…

Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşa Mikayıl Mikayılovun quruluşunda təqdim olunub. Quruluşçu rəssamı Mustafa Mustafayev olan səhnə əsərinin bəstəkarı Tofiq Quliyevdir.Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında Milli Dram Teatrında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub.xeber100.com

Yanvar 30, 2017 11:34
    Page 21 of 37« First«...10...1920212223...30...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az