05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Milli Teatrda Yeni il şənlikləri davam edir…

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri davam edir.Teatrın mətbuat xidmətindən bildirilib ki, gələn il yanvarın 4-dək davam edəcək Yeni il şənliklərində hər gün bir-birindən maraqlı əyləncəli proqramlar və oyunlar təqdim olunacaq.Belə ki, əyləncəli proqramlar çərçivəsində uşaqların sevdiyi tamaşalardan maraqlı səhnəciklər də nümayiş ediləcək.xeber100.com

Dekabr 29, 2016 12:32

Musiqili Teatr Beynəlxalq festivala dəvət olunub

Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalr Teatr Festivalına dəvət olunub. Teatrdan bildirilib ki, teatrın kollektivi bu münasibətlə yeni ilin ilk günlərində - 2017-ci il 13-18 yanvar tarixlərində İran İslam Respublikasına səfər edəcək. Festivalda Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyası nümayiş olunacaq. “35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız kollektivimiz üçün əsl Yeni İl hədiyyəsi oldu. İnanıram ki, Musiqili Teatr yeni ilin ilk günlərində ölkəmizi bu mötəbər festivalda təmsil edəcək.xeber100.com    

Dekabr 29, 2016 12:27

Kukla Teatrının 85 illiyi qeyd olunub

Dekabrın 28-də Kukla Teatrının yaranmasının 85 illiyi münasibətilə təntənəli tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbirdə teatrın keçdiyi zəngin sənət yoluna nəzər salınıb.Tədbirdə Mədəniyyət və turizm naziri Ə.Qarayev çıxış edərək bütün yaradıcı heyəti təbrik edib və teatrın keçdiyi tarixi yoldan, qazandığı uğurlardan və gələcək planlarından söhbət açıb.Yubiley mərasimi teatrın repertuarında yer alan tamaşalardan ibarət “Konsert-tamaşa - 85” adlı proqramla davam edib.xeber100.com  

Dekabr 29, 2016 12:21

Musiqili Teatr 2017-ci il yanvar ayı repertuarını təqdim edir

Azərbaycan Dövlət Musiqili Teatrı 2017-ci il yanvar ayı üçün repertuar planını açıqlayıb. 1, 2, 3, 4 yanvar - Ə.Səmədli “Meşə çaqqalsız olmaz” 11 yanvar - İ.Kalman “Silva” (rus dilində) 21 yanvar - R.Mirişli, M.Haqverdiyev “Qısqanc ürəklər” 22 yanvar - F.Əmirovun musiqiləri əsasında “999-cu gecə” 27 yanvar - O.Kazimi, R.Heydər “Qızıl toy” 28 yanvar - R.Mirişli, M.Haqverdiyev “Amerikalı kürəkən” 29 yanvar - E.Sabitoğlu, T.Vəliyeva “Bankir adaxlı”.xeber100.com  

Dekabr 28, 2016 2:36

Rus Dram Teatrında premyera…

Dekabrın 24-də Rus Dram Teatrında “Əli və Nino” romanı əsasında eyniadlı tamaşanın premyerası olub.Azərtac xəbər verir ki, Valentina Reznikovanın yazdığı pyesin əsasını 1914-cü ildən 1920-ci ilədək olan dövrdə baş verən hadisələr təşkil edir.xeber100.com

Dekabr 25, 2016 12:48

Xocalı faciəsi Türkiyə səhnəsində…

Musiqili Teatrının aktyoru Elçin İmanovun quruluşunda “Adsız qadın” mono-tamaşasının Türkiyədə premyerası keçirilib. Teatrın mətbuat katibi S.Sədaqətoğlu bildirib ki, Xocalı qətliamından, xalqımızın tarixi soyqırımından bəhs edən səhnə əsəri İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə İstanbulda Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub.Tamaşada Azərbaycan və Türkiyə musiqisindən istifadə olunub.Tamaşada Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlardan istifadə olunub. “Adsız qadın” mono-tamaşa olsa da, mənfur qonşularımızın vəhşiliklərini daha da kəsərli nümayiş etdirmək üçün müəyyən kütləvi səhnələrdən istifadə edilib və bu səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, xüsusən tələbələr iştirak edirlər.xeber100.com

Dekabr 20, 2016 3:11

Milli Dram Teatrı təqdim edir

Akademik Milli Dram Teatrında “Buzlar ölkəsində” nağıl-tamaşası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim ediləcək.Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanan tamaşaya gənc rejissor Əlif Cahangirli quruluş verib.Səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.xeber100.com

Dekabr 20, 2016 12:17

“Yuğ” Teatrının məlumatına görə…

“Yuğ” Teatrının rejissoru Mir Sahib Ağazadə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrında tamaşa hazırlayıb.“Yuğ” Teatrının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, rejissor C.Məmmədquluzadənin əsərləri əsasında “Danabaşlar” adlı tamaşaya quruluş verib. Tamaşada Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povestindən, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Lal” və başqa hekayələrindən istifadə olunub.  Janrı birhissəli qəmli komediya kimi təyin olunan tamaşanın musiqi tərtibatı və xoreoqrafik həlli quruluşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur.“Danabaşlar” tamaşasının ideyası Mirzə Cəlilin Uçitel personajının “Oxumaq işıqdır, oxumamaq zülmətdir” fikrindən götürülüb ki, bu da tamaşanın finalında böyük bir kitabın üzərindən qara örtüyün qaldırılması ilə ifadə olunur.Tamaşanın premyerası Dərbənd Ləzgi Teatrının binasında keçirilib.xeber100.com

Dekabr 19, 2016 11:56

Musiqili Teatr təqdim edir…

Musiqili Teatrda həftəsonu 4 tamaşa nümayiş olunacaq.Teatrdan bildirilib ki, 17, 18 dekabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirməsində “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “Toya bir gün qalmış” (Ə. Səmədli) və “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin) tamaşaları təqdim olunacaq.Xatırladaq ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını da unutmayıb. Belə ki, 17 dekabr tarixində saat 12.00-da Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində, 18 dekabr tarixində saat 12.00-da isə R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq.xeber100.com

Dekabr 15, 2016 11:57

Opera və Balet Teatrı təqdim edir

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin “Aida” operası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində əsas partiyalardan birini - Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti - Əməkdar Artist Afaq Abbasova ifa edəcək. Digər partiyaları Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov, Gülnaz İsmayılova və gənc solist Nina Makarova ifa edəcək. Səhnə əsərində iştirak etmək üçün Gürcüstanın tanınmış vokal ustaları Teymuraz Ququşvili və Əməkdar Artist Sulxan Qvelesiani da dəvət olunub.Tamaşanı dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.xeber100.com

Dekabr 15, 2016 11:16
    Page 25 of 37« First«...1020...2324252627...30...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az