05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Opera ulduzları “Karmen” operasında çıxış edəcəklər

Noyabrın 12-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir. Teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti İrina Jitinskanı dəvət etmişdir. Noyabrın 12-də keçiriləcək tamaşaya həmçinin Rusiya Akademik Böyük Teatrının aparıcı solisti Elçin Əzizov (Eskamilio) və Ukrayna Milli Operasının solisti Andrey Romanenko da (Xoze) dəvət olunub. Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar Artistlər İnarə Babayeva (Mikaela), Gülnaz İsmayılova (Fraskita), Səbinə Əsədova (Mersedes), solistlər Tural Ağasıyev (Dankayro) və Əliəhməd İbrahimov (Romendado) da çıxış edəcəklər. Tamaşanın dirijoru  beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.xeber100.com

Oktyabr 24, 2016 10:30

Rus Dram Teatrının noyabr repertuarı…

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı noyabr repertuarını açıqlayıb. Azərtac teatrın repertuarını təqdim edir: 3 noyabr – “Yalan detektoru” 4 noyabr - “Yeni il gecəsində məhəbbət intriqaları” 5 noyabr – “Məhəbbətlə zarafat etmirlər” 6 noyabr - “Həddindən artıq evli taksi sürücüsü” 7 noyabr - “Yay gecəsində yuxu” 8 noyabr - “Büllur sarayda” 9 noyabr - “Şəhrizadın daha bir gecəsi” 11 noyabr - “Artistin taleyi” 12 noyabr – “Qurdlar və qoyunlar” 13 noyabr - “Kazanova: sevgi dərsləri” 17-18 noyabr – “Evlənmə” (V.Mayakovski adına Moskva Akademik Teatrının təqdimatında) 19-20 noyabr – “Rus romanı” (V.Mayakovski adına Moskva Akademik Teatrının təqdimatında) 24 noyabr - “Karamazov qardaşları” 25 noyabr - “Bliss ailəsi” 26 noyabr - “Xalam bundu” (premyera) 27 noyabr - “Afina axşamları”. Uşaqlar üçün: 5 noyabr – “Durna balığının buyruğu ilə” 6 noyabr - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” 12 noyabr - “Maşa və ayı” 13 noyabr - “Anam, atam və mən!” 26 noyabr - “Gəlin, nağıla baxaq” 27 noyabr - “Güləbətin tikən qız və süpürgəçi”. Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.xeber100.com

Oktyabr 23, 2016 7:40

I Regional elmi-nəzəri konfransa dəvət…

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru  Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək Teatr sənəti üzrə I Regional Elmi-nəzəri Konfransa dəvət olunub. Musiqili Teatrın Mətbuat katibi S.Sədaqətoğlu bildirib ki, konfrans İran İslam Respublikasının “Dramatik İncəsənət Mərkəzi”nin təşkilatçılığı ilə 2016-cı il 30 oktyabr-1noyabr tarixlərində Tehran şəhərində baş tutacaq. Səhnə sənəti mövzusunda keçiriləcək I Regional Elmi-nəzəri Konfransda bir çox ölkələrin tanınmış incəsənət xadimləri, elm adamları, teatr sənətinin nüfuzlu nümayəndələri iştirak edəcək. Tədbirdə çağdaş dünya teatrlarının inkişaf prespektivləri, beynəlxalq əlaqələrin qurulması və inkişafı, teatr sənətinin bugünü, sabahı və s. məslələlər ətrafında müzakirələr aparılacaq. İyirmiyə yaxın ölkənin tanınmış səhnə xadimlərinin qatılacağı I Regional Elmi-nəzəri Konfransda Azərbaycanı Əliqismət Lalayev təmsil edəcək.xeber100.com

Oktyabr 21, 2016 2:15

Opera və Balet Teatrı təqdim edir

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Sevil" operası növbəti dəfə səhnəyə qoyulacaqdır. Milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olan bu tamaşada indiyə kimi vokal məktəbinin görkəmli nümayəndələri  çıxış etmiş və etməkdədirlər. Bu dəfəki tamaşanın özəlliyi ilk dəfə əsas partiyalardan biri Balaşı Xalq artisti Samir Cəfərovun ifa etməsidir. Opera səhnəsinə Koroğlu rolu ilə gələn və bir sıra klassik operalarda aparıcı partiyaları ifa edən istedadlı müğənni bu dəfə Balaş rolunda səhnəyə cıxacaqdır.Onun tərəf-müqabilləri  Əməkdar Artistlər  İlahə Əfəndiyeva (Sevil), İnarə Babayeva (Dilbər),  Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əkrəm Poladov (Əbdüləli bəy) və başqalarıdır. Tamaşanın dirijorların beynəlxalq müsabiqələrinin laureatı  Əyyub Quliyev idarə edəcəkdir.xeber100.com

Oktyabr 21, 2016 1:30

Şahlar Quliyevin 70 illik yubileyi çərçivəsində…

Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası səhnəyə qoyulacaq. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsəri Xalq Artisti, teatrın solisti Şahlar Quliyevin 70 illik yubileyi çərçivəsində reallaşacaq. Belə ki, yubilyar bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcək. Digər partiyaları isə Əməkdar artistlər Təyyar Bayramov, Fəridə Məmmədova və Afaq Ağayeva canlandıracaq.xeber100.com

Oktyabr 19, 2016 3:32

Musiqili Teatr təqdim edir…

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşaçılar 21, 22, 23 oktyabr tarixlərində saat 12.00, 14.00 və 19.00-da “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 22 oktyabr tarixində saat 12.00-da R. Ağayeva, A. Kurlyanskiy və A. Xaytın “Bir dayan, canavar!” əsəri rus dilində, 14.00-da Ə. Səmədlinin “Meşə çaqqalsız olmaz”, 23 oktyabr tarixində saat 12.00-da isə O. Zülfüqarov, R. Heydərin “Dəcəl çəpişlər” tamaşaları Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.xeber100.com

Oktyabr 19, 2016 3:24

Opera və Balet Teatrında “Karmen” operası nümayiş olunacaq

Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsərində Fidan Hacıyeva, Fərid Əliyev, Cahangir Qurbanov, İnarə Babayeva və başqaları ifa edəcək. Tamaşanın dirijoru professor Cavanşir Cəfərovdur.xeber100.com

Oktyabr 18, 2016 12:01

Milli Dram Teatrının məlumatına görə…

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” pyesi əsasında hazırlanan “Şah Qacar” tamaşası 50-ci dəfə səhnəyə qoyulub. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru, teatrın direktoru, Xalq Artisti Azərpaşa Nemət, musiqi tərtibatçısı bəstəkar, Xalq Artisti Səyavuş Kərimidir. Səhnə əsərində Ağa Məhəmməd Şah Qacar rolunu Xalq Artisti Fuad Poladov canlandırıb. Tamaşada digər rolları Laləzar Mustafayeva, Sabir Məmmədov, Məmməd Səfa, Anar Heybətov, Vidadi Həsənov, Mətləb Abdullayev, Kazım Abdullayev, Ayşad Məmmədov və başqaları ifa ediblər.xeber100.com  

Oktyabr 18, 2016 11:56

Musiqili Teatr növbəti premyeraya hazırlaşır

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün növbəti premyerasına hazırlaşır. Musiqili Teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşa İmre Kalmanın “Silva” operettasıdır. Əsərin süjet xəttini saf, təmiz sevgi, böyük bir eşq uğrunda mücadilə təşkil edir.  Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru  Boris Lukinski, quruluşçu-drijoru Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı  Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları  Hüseyn-Səfa Mirzəhəsənov, Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, Yuliya Heydərova, Firuz Məmmədov, Aydan Həsənova, Rauf Babayev, Marina Litvinenko, Emil Heydərov, Elçin İmanov və Nicat Əli ifa edirlər.xeber100.com  

Oktyabr 14, 2016 1:41

Opera və Balet Teatrı təqdim edir…

Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşada Jermon partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin ifa edəcək. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova rol alacaq. Tamaşanı beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.xeber100.com

Oktyabr 14, 2016 9:38
    Page 29 of 37« First«...1020...2728293031...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az