05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Sumqayıt Dövlət Dram Teatrının məlumatına görə…

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti Türkiyədən qayıdıb. Teatrın truppası IV Türk Dünyası Teatr Festivalında iştirak edib.Teatrdan Azərtac–a bildirilib ki, Sumqayıt teatrı festivalda tanınmış türk dramaturqu Turqut Özakmanın “Ocaq” əsəri ilə çıxış edib. Teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada rolları Əməkdar artistlər Fəranə Musayeva, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, İlahə Səfərova və Şəmistan Süleymanlı canlandırıblar.Kollektiv may ayında keçiriləcək “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində də eyni əsərlə çıxış edəcək.xeber100.com

May 1, 2018 1:28

“XX Beynəlxalq Monodram” festivalında

Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniyanın Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə mayın 10-dan 16-dək Bitola şəhərində keçiriləcək “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalda iştirak etmək üçün rejissor Cənnət Səlimova, Əməkdar Artist Şövqi Hüseynov və səhnə maşinisti Zaur Abbasov qeyd edilən şəhərə ezam olunacaq.Kollektiv festivalda P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edəcək. Həmçinin dünyanın bir sıra teatr mütəxəssisinin rəhbərliyi ilə keçiriləcək ustad dərslərində, treninqlərdə, səhnə döyüşü və texnikası məşğələlərində iştirak edəcəklər.xeber100.com

Aprel 23, 2018 3:39

Musiqili Teatrın məlumatına görə…

Həftəsonu Musiqili Teatrda maraqlı tamaşalar nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən bildirilib ki, aprelin 20, 21 və 22-də saat 19:00-da müvafiq olaraq “Talelər qovuşanda”, “Toya bir gün qalmış” və “O olmasın, bu olsun” tamaşaları təqdim ediləcək.Musiqili Teatr balaca teatrsevərlərin görüşünə aprelin 21 və 22-də saat 12:00-da “Dəcəl çəpişlər” və “Yatmış gözəl və cırtdanlar” tamaşaları ilə gələcək.xeber100.com

Aprel 20, 2018 8:39

Gənc Tamaşaçılar Teatrı təqdim edir

Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün maraqlı repertuar tərtib edib.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, hər zaman olduğu kimi bu dəfə də teatrsevərlər sənət ocağının repertuarında olan rəngarəng səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar.Belə ki, aprelin 20-də saat 19:00-da teatrın kiçik səhnəsində T.Vəliyevanın “Cəza” tamaşası nümayiş olunacaq. Teatrsevərlər aprelin 21-də Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, 22-də isə V.Siqarevin “Ağ ölüm” tamaşasına baxa biləcəklər. Hər iki tamaşa saat 19:00-da nümayiş olunacaq.Məktəblilər isə aprelin 21-də A.Şaiqin “Tıq-tıq xanım”, 22-də isə A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” tamaşalarını izləyə biləcəklər. Tamaşalar saat 12:00 və 14:00-da nümayiş olunacaq.Tamaşalarda Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Nübar Novruzova, Leyli Vəliyeva, Şövqi Hüseynov, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Manaf Dadaşov, Asya Atakişiyeva, Anar Seyfullayev, Vahid Orucoğlu və digərləri rol alıblar.Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və “ASAN xidmət” mərkəzlərindən və filiallarından əldə etmək olar.xeber100.com

Aprel 19, 2018 2:53

Simfonik orkestrdə işləmək üçün müsabiqə elan olunub

Musiqili Teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan olunub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir. Teatrın direktoru Əliqismət Lalayev bu barədə deyib: “Teatrın heyətində müəyyən dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Öhdəmizə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Hazırda teatrda kadr çatışmazlığını aradan qaldırmaq üçün yeni, istedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq”.xeber100.com

Aprel 18, 2018 1:32

Pantomima Teatrı may ayının repertuarını təqdim edir

Pantomima Teatrının səhnəsində may ayında maraqlı səhnə əsərləri izləniləcək.Azərtac repertuarı təqdim edir: 5 may- “Ora- Bura” 6 may- “Fəlakət və İnsan” (maarifləndirici uşaq tamaşası), “Ağ bığlılar” 12 may- “Vuvana” 13 may- “Fəlakət və İnsan”, “Underground” 19 may- “Adagio” 20 may- “Fəlakət və İnsan”, “6+1 № palata” 26 may- “Mənim balığımsan” 27 may- “Fəlakət və İnsan”, “Qoca və Mələk”.xeber100.com

Aprel 16, 2018 3:01

Mədəni əməkdaşlıq proqramı çərçivəsində

Mayın 6-da Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da iştirak edəcəklər.Operada aparıcı partiyalardan birini - Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo ifa edəcək. Tamaşanın dirijoru isə italiyalı dirijor Alessandro Kalkanenedir.xeber100.com

Aprel 15, 2018 3:19

Musiqili Teatr müsabiqə elan edib

Musiqili Teatr işə qəbulla bağlı müsabiqə elan edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə aktyorluq sənəti, (azərbaycan və rus bölməsi), orkestr ifaçılığı, rəqs sənəti üzrə elan olunub.Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.İşə qəbul üçün şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış), əmək kitabçasının surəti, tərcümeyi-hal, yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən), 2 fotoşəkil (3x4), fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri tələb olunur.xeber100.com

Aprel 14, 2018 1:33

Gənc Tamaşaçılar Teatrı təqdim edir

Aprelin 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” adlı tamaşa nümayiş ediləcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Xalq Artisti Vaqif Əsədovun quruluşunda baxılacaq səhnə əsəri Leyla Beyim və Yefim Abramovun eyniadlı əsərləri əsasında səhnələşdirilib.Tamaşa Aprel döyüşlərində şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevin xatirəsinə ithaf edilib.xeber100.com

Aprel 3, 2018 12:19

Milli Dram Teatrı aprel repertuarını açıqlayıb

Milli Dram Teatrının aprel ayına olan repertuarı açıqlanıb. Nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşalar yer alıb. Azərtac repertuarı təqdim edir: 1 aprel - “Ölülər” 6 aprel – “Cəhənnəm sakinləri” 7 aprel - “Qətibə İnanc” 8 aprel - “Boy çiçəyi” 13 aprel - “Şah Qacar” 14 aprel - “Mənim günahım” 15 aprel - “Almaz” C. Cabbarlı 19 aprel - “Müfəttiş” 20 aprel - “Ölülər” 21 aprel - “Qaraca qız”, “Vəsiyyət” 22 aprel - “Çipollino”, “Cəhənnəm sakinləri”.xeber100.com

Mart 30, 2018 2:00
    Page 7 of 37« First«...56789...2030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az