23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun işğal altındakı Nəmirli, Cəvahirli, Seyidli, Acarlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com

Noyabr 22, 2018 12:31

Xarici İşlər Nazirliyinin məlumatına görə…

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu ilin dekabr ayında Tbilisidə təşkil ediləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə bağlı KİV-də yayılan məlumata münasibət bildirib.Azərtac xəbər verir ki, mətbuat xidmətinin bununla bağlı açıqlamasında deyilir: “Qeyd edilən məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq.Məsələ ilə bağlı kütləvi informasiya vasitələrinin suallarını, eyni zamanda, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə və tədbirə ev sahibliyi edəcək Gürcüstanın ölkəmizdəki səfirliyinə ünvanlaması məqsədəuyğun hesab edilir”.xeber100.com

Noyabr 22, 2018 12:27

Müdafiə Nazirliyinin məlumatı əsasında…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Noyabr 21, 2018 2:18

Hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Noyabrın 21-də Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimer Çaçibaia ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.xeber100.com

Noyabr 21, 2018 2:14

TÜRKPA-nın 8-ci plenar iclası işə başlayıb

Noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası işə başlayıb.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın sədrliyi ilə keçirilən iclasa təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlamentlərinin nümayəndə heyətləri, o cümlədən türk dünyasının birliyi və inkişafı istiqamətində fəaliyyət göstərən, eləcə də TÜRKPA-ya tərəfdaş olan təşkilatların rəhbərləri qatılıblar.xeber100.com

Noyabr 21, 2018 2:09

Ordumuzun mövqeləri atəşə məruz qalıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 20, 2018 1:01

Əməkdaşlıq məsələləri müzakirə ediləcək

Noyabrın 21-də Bakıda Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.xeber100.com

Noyabr 20, 2018 12:58

MDB-yə üzv dövlətlərin VI görüşü keçiriləcək

Noyabrın 21-də Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin VI görüşü keçiriləcək.MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ənənəvi görüşdə nümayəndə heyətlərinin başçıları MDB məkanında milli və beynəlxalq təhlükəsizliyin təminatı, Birlik ölkələrinin Antiterror Mərkəzinin fəaliyyəti, radikal təmayüllü dini cərəyanların yayılmasına qarşı mübarizə məsələlərinə dair mövzuları müzakirə edəcəklər.MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri Birlik ölkələrinin vahid epidemioloji məkanı ərazisində birgə fəaliyyət mexanizmini, hibrid müharibələrində informasiya amilini müzakirə edəcəklər.Görüşdə, həmçinin Əfqanıstandakı hərbi-siyasi vəziyyət, Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək planlaşdırılır.xeber100.com

Noyabr 20, 2018 12:52

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 19, 2018 12:32

Ordumuzun mövqeləri atəşə məruz qalıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Acarlı, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 18, 2018 8:44
    Page 109 of 270« First«...102030...107108109110111...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az