Milli Məclis 2018-ci ilin payız sessiyasında

Oktyabrın 1-də Milli Məclisin 2018-ci ilin payız sessiyasında ilk plenar iclası keçirilir.Azərtac xəbər verir ki, oktyabrın 1-i və 5-də keçiriləcək iclasların gündəliyinə 62 məsələ daxil edilib.Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə sentyabrın 21-də keçirilən təntənəli iclası xatırladıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təntənəli iclasda iştirak edib və geniş nitq söyləyib. Prezident İlham Əliyev nitqində Azərbaycan dövlətinin və parlamentinin tarixi, ölkəmizin bugünkü inkişafı, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı çox dəyərli təhlillər aparıb. Dövlətimizin başçısı Milli Məclisin fəaliyyətini çox yüksək qiymətləndirib. Prezidentin söylədiyi bu fikir bizim üçün çox əhəmiyyətlidir.Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan uğurla inkişaf edir. Bu inkişafda parlamentin xüsusi rolu var. Azərbaycan parlamenti həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir. “Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Ölkəmizdə demokratik inkişafla bağlı siyasətin aparılmasında Azərbaycan parlamentinin xüsusi rolu var. Parlamentin fəaliyyətinə verdiyi yüksək dəyərə görə mən öz adımdan və sizin adınızdan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Həmişə olduğu kimi bundan sonra da Milli Məclis Azərbaycan Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində dəstəkləmək üçün əlindən gələn tədbirləri görəcək”, - deyə Oqtay Əsədov söyləyib.xeber100.com

Oktyabr 1, 2018 2:05

Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.XİN-dən Milli.az-a verilən məlumata görə, baş katib Bakıya səfərlərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq onun salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.A.Quterreş Azərbaycanın dövlət başçısının rəhbərliyi altında bütün istiqamətlərdə ölkəmizdə həyata keçirilən səmərəli fəaliyyəti yüksək qiymətləndirdiyini qeyd edərək Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası və mədəniyyətlərarası dialoqun təşviqinə verilən dəstək və töhfəni xüsusi olaraq vurğulayıb.E.Məmmədyarov səmimi qəbula görə baş katibə minnətdarlığını bildirərək onu 2019-cu iin iyunun 14-15-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Sammitində iştirak etməyə dəvət edib.Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir BMT baş katibinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki gün əvvəl Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verib.E.Məmmədyarov qeyd olunan görüşün nəticələrinə əsasən Minsk qrupunun həmsədrləri tərəfindən yayılmış bəyanatda da qeyd olunduğu kimi, substantiv danışıqların intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib və BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.xeber100.com

Sentyabr 29, 2018 8:24