Prezident seçkiləri iyunun 24-də keçiriləcək

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə başlayıblar.Apa-nın xəbərinə görə, səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da başa çatacaq.Səsvermədə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib ki, bu gün Bakı üzrə 5209 nəfər, Gəncədə 207 nəfər, Naxçıvanda isə 330 nəfər Türkiyə vətəndaşı səs verir. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub: "Bu gün ikiqat bayramdır. Həm Ramazanın son günüdür, həm də səsvermə keçirilir. Bu gün demokratiyanın, millətin öz iradəsinə sahib çıxdığını, azad seçim etdiyini göstərən bir gündür. Bu gün 60 ölkədəki 123 Türkiyə təmsilçiliyində səsvermə keçirilir".E. Özoral qeyd edib ki, xarici ölkələrdə səsvermə prosesi seçkilərdən bir həftə əvvəl başlayır: "Seçici sayı daha yüksək olan ölkələrdə proses 15 gün davam edir. Məsələn, Almaniyada Türkiyə vətəndaşı çox olduğundan səsvermə prosesi iki həftə əvvəl başlayıb. Xarici ölkələrdə bu səsvermə prosesi 19-na qədər davam edəcək. Bu gün də burada səsvermə üçün lazımlı tədbirlər görülüb. İndiyə qədər səsvermə çox rahat keçirilir. Ümid edirəm ki, yekun nəticə vətənə, millətə xeyirli olacaq".Qeyd edək ki, Türkiyədə prezident seçkiləri iyunun 24-də keçiriləcək.xeber100.com

İyun 17, 2018 4:02

Azərbaycanın Milli Qurtuluş günü qeyd olunub

Azərbaycanda Milli Qurtuluş günü qeyd olunub.Xatırladaq ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib.Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib.Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.xeber100.com

İyun 15, 2018 10:26