Milli Məclisin plenar iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin dekabrın 24-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, dekabrın 24-də keçiriləcək iclasın gündəliyinə daha bir məsələ əlavə olunub. Beləliklə, iclasın gündəliyində 24 məsələ müzakirə olunacaq. 1. Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 7. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 9. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 11. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 14. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 15. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 16. “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 17. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 18. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 19. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 20. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 21. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 23. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 24. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).xeber100.com

Dekabr 23, 2021 3:17

“Prezident. Təkrarsız diplomatiya”…

Azərbaycan Televiziyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, “Prezident. Təkrarsız diplomatiya” adlanan filmdə prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibələri yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər. Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar. Türkiyə Prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib. Rusiya Prezidenti isə bildirib ki, Azərbaycan Prezidentinin əsas məqsədi ölkəsini, xalqını xoşbəxt görməkdir. Nursultan Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyini diqqətə çatdırıb. “Prezident. Təkrarsız diplomatiya” filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin – Ermənistan-Azərbaycan münaqişəsinin həllini yaxınlaşdırıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki Qələbəsinə filmdə xüsusi yer ayrılıb. Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib. Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.xeber100.com  

Dekabr 20, 2021 1:35

Parlamentlərarası əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib

Azərbaycanın Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin İslam Şurası Məclisi (parlamentin) sədrinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzadla görüşüb.Azərtac xəbər verir ki, 44 günlük Vətən müharibəsində Qələbənin ildönümü münasibətilə təbriklərini çatdıran Əli Nikzad Azərbaycanın sevincinin və kədərinin İran üçün də bir olduğunu qeyd edib.Parlamentlərarası əlaqələrin önəmini vurğulayan Əli Nikzad Azərbaycanın Milli Məclisi ilə əlaqələrin daha da möhkəmləndirilməsində səylərin artırılmasının zəruriliyini vurğulayıb və ikitərəfli əməkdaşlığın güclənməsinə parlament nümayəndələrinin töhfələrini verəcəyini diqqətə çatdırıb. Əli Nikzad cari il noyabrın 27-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasını yüksək qiymətləndirib. O, səfir Əli Əlizadəyə fəaliyyətində uğurlar arzulayıb.Səfir Əli Əlizadə öz növbəsində Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini, rəsmi Tehranın Azərbaycan üçün dost və yaxın qonşu ölkə olduğunu bildirib. Ölkələrimizin parlamentlərarası münasibətlərinin, dostluq qruplarının səmərəli əməkdaşlığının əlaqələrin daha da inkişafına zəmin yaratdığını, bu istiqamətdə Azərbaycanın İrandakı səfirliyinin üzərinə düşən vəzifələri və əlaqələndirmələri yerinə yetirməyə hər zaman hazır olduğunu qeyd edib.Görüşdə, həmçinin iki ölkə arasında müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com

Dekabr 4, 2021 1:57

Rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko ilə görüş olub

"Bu yaxınlarda mən yeni çəkilmiş gözəl yol ilə Şuşaya getdim, orada oldum. Şuşa səfərində mən əsl möcüzələrlə rastlaşdım. Həmin möcüzələrin yaradılmasında Azərbaycan xalqının ruhunu bir daha duydum. Azad edilmiş Azərbaycan ərazilərində həmin yaradıcılıq ruhu və ölkənin iqtisadi gücü heyrət doğurur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin iradəsi ilə görülən bu işlər xalqınız və ölkənizin perspektivlərinin göstəricisi kimi də diqqəti cəlb edir"... Azərtac xəbər verir ki, bu fikirləri məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Heydər Əliyev Mərkəzində keçirdiyi görüşdə söyləyib. Rusiyalı jurnalist Şuşa təəssüratını ifadə edərək deyib: “Azərbaycan xalqı bu ölkədə yaşayan digər millətlərlə əsl birlik nümunəsi göstərən bir xalqdır. Azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, udinlər, ruslar, yəhudilər, ukraynalılar və digər xalqların bu unikal birliyi sizin ölkənizi daha cəlbedici və qüdrətli göstərir. Son bir ildə İlham Heydər oğlu böyük alicənablıq göstərərək Azərbaycan vətəndaşı olan, başqalarının iradəsi hesabına hazırkı situasiyaya düşən ermənilərə də o birliyə qoşulmaq üçün dəfələrlə çağırışlar edib. Bu çağırış Azərbaycan xalqının ürəyinin genişliyini dünya qarşısında bir daha nümayiş etdirir. Bu, Azərbaycan xalqının intellektual və zadəgan mahiyyətinin göstəricisidir”. Azərbaycanlıların sivilizasiyasını Bakının küçələrində əyani görmək mümkündür - deyən Şevçenko fikrini belə davam etdirib: “Təsadüfən həmsöhbət olduğum insanların erudisiyasına heyrətlənməyə bilmirsən. Siz öz ədəbiyyatınızla yanaşı, rus ədəbiyyatına, dünya ədəbiyyatına bələdsiniz, üstəlik genetik yaddaşınız azərbaycanlı mədəniyyətini zənginləşdirir”.Rusiyalı jurnalist qeyd edib ki, işğal olunmuş ərazilərin azad edilməsindən sonra orada olan hər kəs erməni faşizminin mahiyyətini görüb. Xarabalıqlara çevrilmiş kənd və şəhərlərdə nə vaxtsa insan yaşadığını təsəvvür etmək belə çətindir: “Evlərin dağıdılması, təbiətin ağciyərləri olan yaşıllıqlara tutulan divan, hətta ağacların kökündən çıxarılması faşizmin göstəricisidir. Bunu, XX əsrdə o xalqın adından törədiblər ki, həmin xalq bu gün də genosidə məruz qaldığını iddia edir”.xeber100.com  

Noyabr 26, 2021 2:52

Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir

Noyabrın 16-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir. İclasda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirə edilir.Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edir. Parlamentin noyabrın 16-dan 18-dək keçiriləcək iclaslarının gündəliyinə 24 məsələ daxil edilib. 1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 2. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 3. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 4. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 5. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş); 8. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 9. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 11. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 16. Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 17. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 19. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 20. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 21. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 22. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 23. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında; 24. Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında.xeber100.com

Noyabr 16, 2021 11:18