Mayın 1-də Milli Məclisin plenar iclası keçirilir.Azərtac xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirilib ki, gündəliyə 52 məsələ daxildir.Əvvəlcə iclasda Milli Məclisin komitələrinin yeni üzvlərinin seçilməsi haqqında müzakirələr aparılacaq, həmçinin insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.Sonra “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarının layihələrinə baxılacaq.Deputatlar İnzibati Xətalar, Cinayət, Əmək, Miqrasiya, Cinayət-Prosessual, İnzibati Prosessual, Mülki Prosessual, Cəzaların İcrası, Torpaq məcəllələrində, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Müdafiə haqqında”, “Dövlət qulluğu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Torpaq islahatı haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Mədəniyyət haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Mühasibat uçotu haqqında”, “Sosial sığorta haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər.Bundan başqa, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsinə baxılacaq, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.xeber100.com