Milli Məclisin növbəti plenar iclasında

Mayın 1-də Milli Məclisin plenar iclası keçirilir.Azərtac xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirilib ki, gündəliyə 52 məsələ daxildir.Əvvəlcə iclasda Milli Məclisin komitələrinin yeni üzvlərinin seçilməsi haqqında müzakirələr aparılacaq, həmçinin insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.Sonra “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarının layihələrinə baxılacaq.Deputatlar İnzibati Xətalar, Cinayət, Əmək, Miqrasiya, Cinayət-Prosessual, İnzibati Prosessual, Mülki Prosessual, Cəzaların İcrası, Torpaq məcəllələrində, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Müdafiə haqqında”, “Dövlət qulluğu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Torpaq islahatı haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Mədəniyyət haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Mühasibat uçotu haqqında”, “Sosial sığorta haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər.Bundan başqa, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsinə baxılacaq, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.xeber100.com

May 1, 2018 3:45

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Seyidli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com

Aprel 27, 2018 1:55

NATO Parlament Assambleyasının “Rouz-Rout” seminarında

NATO Parlament Assambleyasının Batumidə keçirilən 97-ci “Rouz-Rout” seminarı aprelin 25-də işini davam etdirib.Azərtac xəbər verir ki, bugünkü sessiyada Cənubi Qafqazda davam edən münaqişələr və onların yaratdığı təhlükələr diqqət mərkəzində olub.Çıxışlarda Cənubi Qafqazda mövcud olan münaqişələrin Avropa və Asiyanın təhlükəsizliyinə təhdid olduğu vurğulanıb.Ermənistandan olan QHT nümayəndəsi Benyamin Poqasyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb, problemin həlli ilə bağlı kompromis təklif edib.Azərbaycan nümayəndə heyətinin məsələyə münasibəti çox gecikməyib.Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək əvvəlcə münaqişənin tarixi və başvermə səbəbləri barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Hazırda işğal altında olan həmin ərazilərdə narkotiklər yetişdirilir, terrorçular hazırlanır. Həmin ərazilərdə hazırlanan terrorçular isə dünyanın bir çox ölkələrində qanlı terror aktları və digər cinayətlər törədirlər. Dünya birliyi bunu unutmamalıdır.M.İbrahimqızı deyib: “Təəssüf ki, bu gün işğala məruz qalanla işğalçıya fərq qoyulmur. Lakin işğala məruz qalandan kompromis tələb olunur. Bu, mümkünsüzdür, ilk növbədə, işğala son qoyulmalı, işğalçıya qarşı tədbirlər görülməlidir. Bütün beynəlxalq təşkilatlar işğalçıdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməlidir”.Deputat bildirib ki, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə bilər, lakin yenə də problemin həlli üçün sülh yoluna üstünlük verir.Bəzi çıxışlarda Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə adlandırılmasına etiraz edən M.İbrahimqızı 2017-ci ilin Aprel hadisələrini xatırladıb, bu cür hadisələrin təkrarlanmaması üçün Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, Azərbaycan torpaqlarını BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında qeyd-şərtsiz tərk etməyə çağırıb.xeber100.com

Aprel 25, 2018 2:33