Milli Məclisin növbəti plenar iclası işə başlayıb

Aprelin 3-də Milli Məclisin növbəti plenar iclası işə başlayıb.Azərtac xəbər verir ki, iclasın gündəliyinə 25 məsələ daxildir.İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişlərin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələri müzakirə olunacaq. Həmçinin “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.Bundan başqa, deputatlar Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də, “Hidrometeorologiya fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatlar haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Yerin təki haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Tibbi sığorta haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda, Mülki, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxacaqlar.xeber100.com

Aprel 3, 2018 12:56

Mərkəzi Seçki Komissiyasının məlumatı

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.Azərtac xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində açıq və şəffaf keçirilən tədbirdə beynəlxalq qurumların nümayəndələrinin, kütləvi informasiya vasitələrinin və seçki prosesinin iştirakçıları olan müxtəlif subyektlərin prosesi yaxından izləmələrinə tam şərait yaradılıb. İlk gün - aprelin 2-də seçki bülletenlərinin Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, konsul idarələrində və üzən gəmilərdə Seçki Məcəlləsinin tələblərinə müvafiq qaydada yaradılmış seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 41 seçki dairəsinə, növbəti 2 gün ərzində isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur.Tədbirdə seçki bülletenlərinin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və prosesin təşkili barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın və şəffaflığın təmin olunması üçün bütün mərhələlərin media mənsubları tərəfindən hərtərəfli işıqlandırılmasına tam şərait yaradılıb, eyni zamanda, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təmin olunan yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, martın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) ədəd bülleten çap olunub. Seçki Məcəlləsinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra, seçki gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.xeber100.com

Aprel 2, 2018 3:29

Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında

Mart ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3 146 dəfə pozub.Apa-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.Azərbaycan Silahlı Qüvvələrinin Qazax, Tovuz, Gədəbəy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Goranboy rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.Mart ayında bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.Ötən ay cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.xeber100.com

Aprel 1, 2018 2:43

MSK-ya olan müraciətlərin müddəti başa çatıb

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb.Apa-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət aprelin 1-dək olan dövrü əhatə edib.Seçki Məcəlləsinə əsasən seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək başa çatmalıdır. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət aprelin 6-dək olan dövrü əhatə edir.xeber100.com

Aprel 1, 2018 2:34