Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq gündəliyi təqdim edib.Azərtac xəbər verir ki, iclasın gündəliyində 12 məsələ müzakirə olunub. 1. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 4. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 10. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 11. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 12. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).xeber100.com

Oktyabr 29, 2021 3:14

Milli Məclis payız sessiyasının qanunvericilik işləri planını təsdiqləyib

Azərbaycan Respublikasının Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.Azərtac xəbər verir ki, bu, parlamentin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, iş planına 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri; 2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri; 3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri; 4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi; 5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi; 6. “Lombardlar haqqında” qanun layihəsi; 7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi; 8. “Ali təhsil haqqında” qanun layihəsi; 9. “Turizm haqqında” qanun layihəsi; 10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi; 11. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi. 12. “Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihələri. Parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.xeber100.com

Sentyabr 30, 2021 2:12

Azərbaycan-Latviya münasibətləri müzakirə olunub

Latviya Seyminin sədri İnara Murnietse Azərbaycanın bu ölkədəki sabiq səfiri Cavanşir Axundovla görüşüb.Azərtac xəbər verir ki, görüşdə İnara Murnietse Latviya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.Azərbaycana son səfərini və Prezident İlham Əliyev, habelə Milli Məclisin sədri və digər dövlət rəsmiləri ilə səmərəli görüşlərini məmnunluqla xatırlayan İnara Murnietse ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.İki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən İ.Murnietse parlamentlərarası dostluq qruplarının sıx əməkdaşlıq etdiyini bildirib.İnara Murnietse Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndiyini qeyd edib, “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini vurğulayıb. O ümid etdiyini bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan Saziş üzərində iş yaxın vaxtlarda başa çatacaq.Həmçinin Latviyanın iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu deyən parlamentin sədri bu baxımdan Latviya və Azərbaycanın işgüzar dairələri arasında təmasların əhəmiyyətini vurğulayıb.Cavanşir Axundov Azərbaycanla Latviya arasında konstruktiv dostluq əlaqələrinin qurulduğunu qeyd edib, ölkələrimiz arasında imzalanmış razılaşmaların, yüksəksəviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.Vətən müharibəsi dövründə Latviya tərəfinin ölkəmizin haqq səsinə, ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirən C.Axundov bunun ikitərəfli əlaqələrimizin yüksək səviyyəsindən xəbər verdiyini bir daha qeyd edib.xeber100.com

Avqust 7, 2021 9:21