ATƏT Parlament Assambleyasının qış sessiyasında

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva ATƏT Parlament Assambleyasının Avstriyada keçiriləcək qış sessiyasında iştirak etmək üçün fevralın 21-dən 24-dək bu ölkədə səfərdə olacaqlar.Azərtac xəbər verir ki, Vyanada keçiriləcək sessiya çərçivəsində əvvəlcə deputatlarımız qurum rəhbərliyinin iştirakı ilə Daimi Komitənin iclasına qatılacaq, sonra isə təşkilatın demokratiya, insan hüquqları və humanitar məsələlər, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclaslarında iştirak edəcəklər. Toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.Deputatlarımız səfər çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına da qatılacaqlar. Burada qurumun əsasnaməsinə əlavə və dəyişiklər ediləcək, Yunanıstan və Moldovanın təşkilat üzvlüyünə qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu il martın 13-14-də Milli Məclislə qurumun birgə təşkilatçılığı ilə keçiriləcək “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı”na dair məsələlər müzakirə olunacaq.xeber100.com

Fevral 20, 2018 3:15

Müdafiə Nazirliyinin məlumatı əsasında…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 136 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Fevral 19, 2018 4:10

Azərbaycan-Türkiyə-Ukrayna regional formatı yaranır

Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır.Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Azərtac-a məxsusi açıqlamasında bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək.Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçının rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.“Yeni formatın yaranması bir daha sübut edir ki, Azərbaycanın iştirakı olmadan regional, beynəlxalq layihələr gerçəkləşdirilmir”, - deyə səfir vurğulayıb.Diplomat qeyd edib ki, məsləhətləşmələr zamanı üç ölkə arasında siyasi, iqtisadi, enerji, humanitar əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. Bu formatda yeni nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların, Xəzər və Qara dəniz hövzəsi ilə enerji resurslarının daşınmasının uğurla həyata keçirilməsi məsələləri müzakirə ediləcək.xeber100.com

Fevral 19, 2018 3:56

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Fevral 15, 2018 3:34

Müdafiə Nazirliyinin məlumatı əsasında…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Fevral 14, 2018 2:53