Regional məsələlər komitəsinin iclası keçirilib

Yanvarın 26-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib.Əvvəlcə iclasda Milli Məclisin 2017-ci il payız sessiyası dövründə komitənin gördüyü işlərə dair hesabatı təqdim olunub. Bildirilib ki, regional məsələlər komitəsi hesabat dövründə Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planına və komitənin 19 sentyabr tarixli iclasında təsdiq olunmuş iş planına uyğun fəaliyyət göstərib. Bu dövr ərzində komitənin altı iclası keçirilib, səkkiz məsələ müzakirə olunub, onlardan altısı qanun layihəsidir. Milli Məclisin payız sessiyasında komitənin ünvanına daxil olmuş 109 müraciət, təklif, ərizə və şikayətin 61-i araşdırılıb, lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib.Sonra komitənin 2018-ci il yaz sessiyası üçün iş planının layihəsi haqqında müzakirələr aparılıb. Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan məsələlər təqdim edilib. Belə ki, həmin dövr ərzində “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlarda, “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunacaq. Bununla yanaşı, Milli Məclisin 2017-ci il payız sessiyası dövründə komitənin gördüyü işlərə dair hesabatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi və s. dinləniləcək.xeber100.com

Yanvar 26, 2018 11:02

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 109 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Yanvar 25, 2018 3:58

Atəşkəs rejimi 120 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Məzəm, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com

Yanvar 24, 2018 3:53

Azərbaycan-Koreya parlamentlərarası əlaqələri müzakirə olunub

Yanvarın 24-də Milli Məclisdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Koreya Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri arasında görüş keçirilib.Azərtac xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev bildirib ki, iki ölkə arasında əlaqələr son illər yüksəliş dövrünü yaşayır. O deyib: “Dostluq qrupu kimi Azərbaycana ilk səfərinizi yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu səfəriniz ölkələrimiz arasındakı sıx dostluq münasibətlərinin, eləcə də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcək. Hər iki ölkənin prezidentləri dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük əhəmiyyət verirlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı mühüm sazişlər imzalanıb. İndiyədək Azərbaycan və Koreya arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 62-yə yaxın hüquqi sənəd imzalanıb. Bunun nəticəsində ikitərəfli əlaqələrimiz yüksələn xətlə inkişaf edir”.Azərbaycanın regionda siyasi və iqtisadi cəhətdən güclü dövlət olduğunu deyən X.Fətiyev Koreya Respublikası ilə iqtisadi, o cümlədən digər sahələrdə də əlaqələrin genişləndiyini söyləyib.Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Su bu cür görüşlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.Azərbaycanın və Koreya Respublikasının tarixində, mədəniyyətində oxşarlıqların çox olduğunu bildirən qonaq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.xeber100.com

Yanvar 24, 2018 3:46

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdəki mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com  

Yanvar 23, 2018 3:42

Avropa Şurasının qış sessiyası öz işinə başlayıb

Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb.Azərtac xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu sessiyada iştirak edir.Avropa Şurası Parlament Assambleyası qış sessiyası çərçivəsində Avstriya və Ermənistanın prezidentlərinin, eləcə də Danimarka Baş nazirinin çıxışları gözlənilir.Sessiya çərçivəsində AŞPA-nın yeni sədri və İnsan Hüquqları üzrə Komissarı seçiləcək.Sessiyanın gündəliyinə futbolda və müasir idmanda yaxşı idarəçilik, Ukrayna müharibəsinin humanitar nəticələri, vətəndaşların baza gəlirləri, regional dillərin və azlıqların dillərinin müdafiəsi ilə bağlı məsələlərin, həmçinin Bosniya Herseqovinanın Avropa Şurasında öhdəliklərini yerinə yetirməsi ilə bağlı son monitorinqin nəticələrinin müzakirəsi daxildir.Danimarkanın Baş naziri ölkəsinin qarşıdan gələn 6 ay ərzində sədrlik edəcəyi qurumun Nazirlər Komitəsindəki fəaliyyət planını təqdim edəcək və müvafiq sualları cavablandıracaq. Sessiyada Avropa Şurasının baş katibinin və İnsan Hüquqları üzrə Komissarının illik hesabatları dinləniləcək.Qış sessiyasının təcili debatlarına üç məsələ təqdim olunub. Bunlar “İsrail-Fələstin sülh prosesi” və “İsrail-Fələstin sülh prosesində Avropanın rolu”, “Avropada artan antisemitizm, islamofobiya və ksenofobiya” adlı mövzulardır.xeber100.com

Yanvar 22, 2018 3:43