Atəşkəs rejimi 120 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Məzəm, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com

Yanvar 24, 2018 3:53

Azərbaycan-Koreya parlamentlərarası əlaqələri müzakirə olunub

Yanvarın 24-də Milli Məclisdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Koreya Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri arasında görüş keçirilib.Azərtac xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev bildirib ki, iki ölkə arasında əlaqələr son illər yüksəliş dövrünü yaşayır. O deyib: “Dostluq qrupu kimi Azərbaycana ilk səfərinizi yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu səfəriniz ölkələrimiz arasındakı sıx dostluq münasibətlərinin, eləcə də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcək. Hər iki ölkənin prezidentləri dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük əhəmiyyət verirlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı mühüm sazişlər imzalanıb. İndiyədək Azərbaycan və Koreya arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 62-yə yaxın hüquqi sənəd imzalanıb. Bunun nəticəsində ikitərəfli əlaqələrimiz yüksələn xətlə inkişaf edir”.Azərbaycanın regionda siyasi və iqtisadi cəhətdən güclü dövlət olduğunu deyən X.Fətiyev Koreya Respublikası ilə iqtisadi, o cümlədən digər sahələrdə də əlaqələrin genişləndiyini söyləyib.Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Su bu cür görüşlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.Azərbaycanın və Koreya Respublikasının tarixində, mədəniyyətində oxşarlıqların çox olduğunu bildirən qonaq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.xeber100.com

Yanvar 24, 2018 3:46

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdəki mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com  

Yanvar 23, 2018 3:42

Avropa Şurasının qış sessiyası öz işinə başlayıb

Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb.Azərtac xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu sessiyada iştirak edir.Avropa Şurası Parlament Assambleyası qış sessiyası çərçivəsində Avstriya və Ermənistanın prezidentlərinin, eləcə də Danimarka Baş nazirinin çıxışları gözlənilir.Sessiya çərçivəsində AŞPA-nın yeni sədri və İnsan Hüquqları üzrə Komissarı seçiləcək.Sessiyanın gündəliyinə futbolda və müasir idmanda yaxşı idarəçilik, Ukrayna müharibəsinin humanitar nəticələri, vətəndaşların baza gəlirləri, regional dillərin və azlıqların dillərinin müdafiəsi ilə bağlı məsələlərin, həmçinin Bosniya Herseqovinanın Avropa Şurasında öhdəliklərini yerinə yetirməsi ilə bağlı son monitorinqin nəticələrinin müzakirəsi daxildir.Danimarkanın Baş naziri ölkəsinin qarşıdan gələn 6 ay ərzində sədrlik edəcəyi qurumun Nazirlər Komitəsindəki fəaliyyət planını təqdim edəcək və müvafiq sualları cavablandıracaq. Sessiyada Avropa Şurasının baş katibinin və İnsan Hüquqları üzrə Komissarının illik hesabatları dinləniləcək.Qış sessiyasının təcili debatlarına üç məsələ təqdim olunub. Bunlar “İsrail-Fələstin sülh prosesi” və “İsrail-Fələstin sülh prosesində Avropanın rolu”, “Avropada artan antisemitizm, islamofobiya və ksenofobiya” adlı mövzulardır.xeber100.com

Yanvar 22, 2018 3:43

Milli Məclisdə yaz sessiyası üçün müzakirələr aparılıb

Yanvarın 22-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verib.Əvvəlcə iclasda Milli Məclisin səhiyyə komitəsində 2017-ci il payız sessiyası dövründə görülən işlər üzrə hesabat və 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işlər planı ilə bağlı müzakirələr aparılıb.Komitə sədri Əhliman Əmiraslanov 2017-ci il payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, hesabat müddətində səhiyyə komitəsinin dörd iclası keçirilib, altı məsələ müzakirə olunub və onlardan dördü qanun layihəsidir.Hesabat dövründə komitəyə 191 ərizə və şikayət daxil olub. Ərizə və şikayətlər əsasən vətəndaşların ödənişsiz əməliyyatlar, müalicə, ev və işlə təmin olunması, əfv məsələləri haqqında müraciətlərdir. Bundan başqa, payız sessiyası dövründə komitədə bir sıra görüşlər, tədbirlər və iclaslar keçirilib.Sonra iclasda “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, Qanuna təklif olunan dəyişiklik texniki xarakterlidir və 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq dərman vasitələrinin buraxılmasının qadağan edilməsi məqsədi daşıyır.Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.Müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com

Yanvar 22, 2018 3:41