ATƏT-in insan alverinə qarşı mübarizəyə dair bəyanatında

“Azərbaycan ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Madina Carbusınova tərəfindən iştirakçı olan ölkələrlə əməkdaşlıqda nümayiş edilən obyektiv, konstruktiv və peşəkar yanaşmanı qiymətləndirir”.Apa-nın xəbərinə görə, bu, Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndə heyətinin ATƏT-in insan alverinə qarşı mübarizəyə dair iclasındakı xüsusi bəyanatında qeyd edilib.Bəyanatda bildirilib ki, Azərbaycan nümayəndə heyəti ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Madina Carbusınovanın Azərbaycan hökuməti ilə bu sahədə yüksək əməkdaşlığını qiymətləndirir: “Biz ATƏT-in müvafiq qurumları və strukturlarını Madina Carbusınova tərəfindən ATƏT regionunda ümumi təhlükəsizliyimizə kömək edə biləcək bu nümunəyə riayət etməyə çağırırıq.Azərbaycan nümayəndə heyəti ATƏT-in ərazisində və kənarda insan alveri ilə mübarizədə miqyas və problemlərin sayının artmasından narahatlığını bölüşür. Bu problem miqrasiya böhranı ilə əlaqədar getdikcə pisləşir. Biz insan alverinin qarşısını almaq üçün səylərin gücləndirilməsi və cinsi istismar da daxil olmaqla, uşaq alverinin bütün formalarına qarşı mübarizə aparmaqla bağlı yeni qəbul edilmiş qərarları alqışlayırıq. İnsan alverinə həssas insanlar üçün məlumatlandırma tədbirləri, insan alveri ilə məşğul olan müxtəlif sosial-iqtisadi faktorların aradan qaldırılmasına dair təşəbbüslər daha da gücləndirilməlidir.Qurbanların kompensasiya və kimliklərinin açıqlanmaması hüquqları insan alverinin qarşısının alınması və qurbanların müdafiəsi üçün effektiv strategiyanın tərkib hissəsi olmalıdır".Bəyanatda vurğulanıb ki, Azərbaycan insan alveri ilə mübarizə sahəsində ATƏT-in Baş Ofisi birlikdə qurulmuş səmərəli əməkdaşlığı davam etdirməyə hazırdır.xeber100.com

Dekabr 16, 2017 10:18

Müdafiə Nazirliyinin məlumatı əsasında…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli və Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 15, 2017 2:54

Atəşkəs rejimi 127 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli və Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 14, 2017 3:40

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 11, 2017 3:13