ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində Finlandiyanın xarici işlər naziri Timo Soini ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi nəzərdən keçirilib və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə toxunulub. Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.Tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinninq layihələrinin əhəmiyyətinə toxunaraq Azərbaycan üçün maraq kəsb edən layihələrə dair fikir mübadiləsi aparıblar.Nazir Elmar Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib. Münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu deyib.Elmar Məmmədyarov, həmçinin paytaxt Bakının “EXPO-2025”in keçirilməsinə namizəd şəhər olduğunu qeyd edərək son illər ərzində Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bu xüsusda o tədbirə ev sahibliyi etmək niyyəti ilə ölkəmizin insan kapitalının inkişafına dair məqsəd və məramları barədə həmsöhbətinə məlumat verib.Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.xeber100.com

Dekabr 8, 2017 3:29

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 142 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

Dekabr 8, 2017 3:25

ATƏT-in Nazirlər Şurasının 24-cü iclası işə başlayıb

Dekabrın 7-də Avstriyanın paytaxtı Vyanada ATƏT-in Nazirlər Şurasının 24-cü iclası işə başlayıb.Azərtac xəbər verir ki, bu il ATƏT-ə sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun dəvəti ilə baş tutan ikigünlük toplantıda ATƏT məkanı ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri iştirak edirlər.İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.İclasın açılışında çıxış edən hazırkı sədr Sebastian Kurts ATƏT-in son bir ildəki fəaliyyətinə nəzər salıb. O, ATƏT məkanındakı münaqişə və böhranların aradan qaldırılmasında görülən işlərə toxunaraq, bəzi böhran regionlarında əldə olunan bir sıra irəliləyişləri ən azından yerli əhalinin həyatını yaxşılaşdırmağa xidmət edən addımlar kimi səciyyələndirib. S.Kurts radikallaşmaya və ekstremizmə qarşı ATƏT-in iştirakçı ölkələrinin birgə mübarizə aparmalı olduğunu qeyd edərək, heç bir dövlətin terror təhlükəsinə qarşı sığortalanmadığını deyib və təhlükəsizliyin gücləndirilməsi üçün üzv ölkələri daha sıx əməkdaşlığa çağırıb. O, eyni zamanda, bu il təşkilatda kadr dəyişiklikləri ilə bağlı əldə olunan razılaşmanı yüksək qiymətləndirib və ATƏT dövlətlərinin konsensus əsasında mühüm qərarlar qəbul edəcəyinə ümidvar olduğunu bildirib.xeber100.com

Dekabr 7, 2017 3:25

“The West Australian” qəzeti yazır…

Avstraliya İttifaqının Qərbi Avstraliya ştatının nüfuzlu “The West Australian” qəzetində jurnalist Kim Maqdonaldın Azərbaycan haqqında məqaləsi dərc edilib.Azərtac xəbər verir ki, Azərbaycanda səfərdə olan jurnalist məqaləsində ölkəmizlə bağlı təəssüratlarını bölüşür.Müəllif Qərbi Avstraliyanın Pert şəhəri ilə Bakı şəhərini müqayisə edərək çoxlu oxşarlıqların olduğunu vurğulayır. O, iqtisadi resurslarla zəngin hər iki şəhərin meqalayihələrin həyata keçirildiyi məkan olduğunu qeyd edir. Bildirir ki, hər iki şəhər dünyəvi, təhsilli cəmiyyəti ilə seçilir.Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini və bunu qarşısına məqsəd qoyduğunu qeyd edən müəllif ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən bəhs edir. O vurğulayır ki, belə təşəbbüslərdən danışarkən böyük İpək Yolunun mühüm hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək lazımdır.Məqalədə vurğulanır ki, Azərbaycan hökumətinin fəal səylərindən biri də ölkəyə xarici investisiyaların cəlb edilməsidir.Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəfin fikirlərinə yer verən jurnalist diqqətə çatdırır ki, ölkədə əczaçılıq, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi yolları araşdırılır. Azərbaycandakı biznesin etibarlı olduğunu vurğulayan “Caravel Minerals” şirkətinin sahibi Markel Hilmer bildirir ki, ölkədə vergi sistemi əlverişlidir.xeber100.com

Dekabr 7, 2017 3:22

Müdafiə Nazirliyinin məlumatı əsasında…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 6, 2017 3:07