“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında”…

Dekabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.‪ Azərtac xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim etdikdən sonra müzakirələr başlayıb.İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə, “2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında qanun layihələri müzakirə olunacaq.Bundan başqa, 1999-cu il sentyabrın 28-də Vaşinqton şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında notalar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında, “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun təsis edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqında” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında” Notalar Mübadiləsinin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihələrinə baxılacaq.Deputatlar, həmçinin Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında məsələləri nəzərdən keçirəcəklər.Bundan başqa, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə ediləcək.Gündəliyə, həmçinin Vergi, İnzibati Xətalar, Miqrasiya, Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində, “Dövlət borcu haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Pasportlar haqqında, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.xeber100.com

Dekabr 1, 2017 1:39

Atəşkəs rejimi 134 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskevan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Məzəm və Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 29, 2017 3:10

“Houston Chronicle” qəzeti yazır…

“Houston Chronicle” qəzetində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundovanın məqaləsi dərc edilib. Müəllif yazır ki, Hyustonun keçmiş meri Lui Uelç hələ 1970-ci illərdə neft hasil edən bu iki şəhərin bağlılıq ideyasını gözdən keçirmişdi. Bir neçə ildən sonra bu iki şəhər arasında rəsmi münasibətlər ovaxtkı mer Fred Hofhaynts tərəfindən quruldu.Azərtac xəbər verir ki, qardaşlaşmış şəhərlər proqramı çərçivəsində xeyli azərbaycanlı ilk dəfə Amerikada olmaq imkanı əldə etdi. Onlar hyustonlular tərəfindən səmimi qarşılandılar və nəticədə sıx əməkdaşlıq formalaşdı. Bu, hər iki tərəfə vaxtilə ABŞ və SSRİ arasında “soyuq müharibə” dövründə yaranan bəzi gərginlikləri aradan qaldırmağa imkan yaratdı.İ.Axundova yazır ki, Hyustonun qardaşlaşmış şəhərləri identik dövlət quruluşu əsasında seçilmirdi, əksinə, qardaşlaşmış şəhərlər proqramı dünyanın müxtəlif guşələrindən olan insanları və mədəniyyətləri birləşdirməyi nəzərdə tutur.Bu iki şəhərin sıx əlaqələrindən danışan müəllif Assosiasiyanın son illər reallaşdırdığı layihələrdən söhbət açır. Qeyd edir ki, 2014-cü ildə Assosiasiyanın təmsilçiləri Bakı Ali Neft Məktəbinin nümayəndə heyətinin tərkibində Hyuston Universitetində oldular. Bir ildən sonra Hyuston Universitetindən olan qrup Bakıya gəldi. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın üç ən yaxşı universiteti Hyuston Universiteti ilə tələbə mübadiləsinə dair saziş imzaladı. Hyuston Universiteti artıq dörd azərbaycanlı tələbəni qəbul edib. Hyuston Universitetinin tələbələri də öz növbəsində, Bakıda ADA Universitetində oxuya bilərlər.xeber100.com

Noyabr 29, 2017 3:05

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 27, 2017 2:36