Atəşkəs rejimi 146 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 146 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

Noyabr 25, 2017 11:18

NATO Parlament Assambleyasının konfransında

İtaliyanın paytaxtı Romada NATO Parlament Assambleyasının (PA) “Aralıq dənizi hövzəsi ölkələri və Orta Şərq Transatlantik müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq” mövzusunda konfransda Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti də iştirak edib.Azərtac xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı konfransda çıxış edərək Norveçdəki NATO təlimində Türkiyəyə qarşı həqarəti pisləyib, təşkilat rəhbərinin Ankaradan üzr istəməsini təqdirəlayiq hesab edib.Milli Məclisin deputatı Məlahət İbrahimqızı konfransda terrorizmlə bağlı müzakirələrə qatılaraq məruzəçinin təkcə İŞİD üzərində dayanmasının terrorla mübarizədə yetərli olmadığını, ASALA və digər erməni terrorçu təşkilatlarından olan terrorçuların PKK və İŞİD kimi təşkilatların tərkibində fəaliyyətini xatırladıb. Deputat deyib ki, Azərbaycan uzun illərdir ki, Ermənistan tərəfindən həm işğala, həm də terror aktlarına məruz qalıb. Bu terror aktlarını Ermənistan kəşfiyyatının törətdiyi hamıya məlumdur. Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə, beynəlxalq sənədlərdə bunun əks olunmasına baxmayaraq, Ermənistan bu gün də təcavüzkar siyasətini davam etdirir, terror aktlarına dəstək verir. Təəssüf ki, Azərbaycanın terrordan əziyyət çəkməsinə hələ də göz yumulur.Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşulan ilk ölkələrdəndir və terrorun bütün növlərini qətiyyətlə pisləyir. Deputat sessiyanın moderatoruna regionda terror təhdidi ilə bağlı danışarkən yalnız İŞİD-in üzərində dayanması ilə kifayətlənməyinə etirazını bildirib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin terrorçu qruplaşmaların bir çoxunun adını elan etdiyi hesabatını xatırladan M.İbrahimqızı deyib: “İŞİD-in timsalında radikalizmdən, terrorizmdən danışmaq azdır. Əgər biz bu problemdən danışırıqsa, məsələyə geniş mənada yanaşmalıyıq. Çünki bildiyiniz kimi, digər terror təşkilatları da regionun təhlükəsizliyi üçün böyük təhdiddir. Terror təhdidinin son illər nəinki bizim regionda, hətta Avropanın özündə də intensivləşdiyini nəzərə alsaq, biz bu məsələyə ciddi yanaşmalıyıq. Xüsusilə bu NATO PA səviyyəsində nəzərdən qaçırılmamalıdır”.xeber100.com

Noyabr 25, 2017 11:14

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm və Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 21, 2017 2:50