Atəşkəs rejimi 128 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Noyabr 15, 2017 2:37

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Noyabrın 15-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.İclasda Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.Bildirilib ki, Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində müəyyən texniki dəyişikliklər edilir. Dəyişikliyə görə, ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda və ya bu Məcəllənin müvafiq maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda və ya bu Məcəllənin müvafiq maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır.Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə təklif edilən dəyişikliyə görə, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri maddəsinə görə, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına başlanılması qaydası maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasını həyata keçirən icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və həmin hökmün icrası barədə göstərişi aldığı vaxtdan üç gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildiriş göndərir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona töhmət növündə tənbeh verir.Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.Sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

Noyabr 15, 2017 2:35

Atəşkəs rejimi 126 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Vazaşen, Noyemberyan rayonunun Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 13, 2017 12:45

Hərbi hissələrdə əsgərlərin andiçmə mərasimi keçirilib

Noyabrın 12-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.Andiçmə mərasimlərində şəhid ailələrinin üzvləri, hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.xeber100.com

Noyabr 12, 2017 7:06

Beynəlxalq konfrans keçirilib

Səmərqənddə BMT-nin himayəsi altında Mərkəzi Asiyanın təhlükəsizliyi və dayanıqlı inkişafı məsələlərinə həsr edilən “Mərkəzi Asiya: Vahid keçmiş, ümumi gələcək, sabit inkişaf və qarşılıqlı tərəqqi naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.Azərtac xəbər verir ki, tədbirdə 20-dən artıq ölkənin nümayəndələri, o cümlədən region ölkələrinin xarici işlər nazirləri, BMT, Avropa İttifaqı, ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB və digər təşkilatların yüksək səviyyəli təmsilçiləri, ekspertlər iştirak ediblər.Konfransda ölkəmizi Milli Məclisin deputatı Elman Nəsirov və politoloq İlqar Vəlizadə təmsil edib.Özbəkistan Prezidenti Şavkat Mirziyayev tədbirdə çıxış edib.Konfransda iki gün ərzində regionun inkişafı təhlükəsizliyi ilə bağlı aktual məsələlərə həsr edilən 70 çıxış dinlənilib, problemlərin səmərəli həlli yolları göstərilib.Tədbirdə Orta Asiya dövlətləri arasında siyasi, ticari-iqtisadi, ekologiya, mədəni-humanitar, investisiya, nəqliyyat-kommunikasiya, su-energetika və digər sahələrdə əməkdaşlığın konkret istiqamətləri müzakirə edilib. Regionda sülhün və sabitliyin möhkəmlənməsi, Mərkəzi Asiya dövlətləri arasında dialoqun və əməkdaşlığın genişlənməsi, region dövlətləri və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın fəallaşması istiqamətində mühüm təşəbbüslər irəli sürülüb.Tədbirin sonunda kommunike qəbul olunub.Konfrans iştirakçıları Səmərqəndin qədim abidələrinə baxıblar.xeber100.com

Noyabr 11, 2017 10:31

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 10, 2017 2:57