Parlamentlərarası İttifaqın 142-ci onlayn Assambleya iclası keçirilib

Mayın 26-27-də Parlamentlərarası İttifaqın 142-ci onlayn Assambleya iclası keçirilib. İclasda “Bu gün pandemiyanın aradan qaldırılması və daha yaxşı gələcəyin qurulması: parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, Assambleyanın açılışında Milli Məclisin sədrinin müavini, Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri Adil Əliyevin videomüraciəti təqdim olunub. Videomüraciətdə vitse-spiker Azərbaycanda pandemiyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.Bildirib ki, pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqədə işləyir. ÜST-ün məlumatına görə, Azərbaycan pandemiyaya qarşı mübarizədə nümunəvi ölkələrdən biridir. Qurumun baş direktorunun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işlər yüksək qiymətləndirilib.COVID-19 ilə mübarizədə parlamentin fəaliyyətindən danışan Adil Əliyev qeyd edib ki, Milli Məclis pandemiya dövründə xəstəliyin nəticələrini yumşaltmaq üçün bir sıra qərarlar qəbul edib.Cari il fevralın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.Adil Əliyev videomüraciətinin sonunda diqqətə çatdırıb ki, yalnız qarşılıqlı dəstək, özünümüdafiə və birgə səylərlə “COVID-19”a qalib gələ bilərik.Assambleya iclasının ikinci günündə çıxış edən Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin üzvü Kamran Bayramov bildirib ki, beynəlxalq məsuliyyətini yerinə yetirən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü töhfələr verib və əksəriyyəti ən az inkişaf etmiş ölkələr olan 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.xeber100.com  

May 27, 2021 10:57

Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub

Mayın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteranla görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, qonağı səmimi salamlayan komitə sədri Kristofer Martinez Berroteranın Azərbaycanda səfir kimi aktiv fəaliyyətini qeyd edib. Səməd Seyidov dövlət rəhbərləri arasındakı yüksək səviyyəli siyasi əlaqələr sayəsində ölkələrimizin dostluq münasibətlərinin inkişaf etdiyini söyləyib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Venesueladan təhvil almasını əlamətdar hadisə kimi dəyərləndirib. O vurğulayıb ki, əlaqələrin inkişafı üçün bu əlverişli mühitə baxmayaraq, ölkələrimiz arasındakı iqtisadi-ticari əməkdaşlıq istənilən səviyyədə deyil.Dostluq münasibətlərinin parlamentlərarası əməkdaşlığın inkişafı üçün də geniş imkanlar açdığını bildirən Səməd Seyidov bu sahədə əlaqələrin təşkili perspektivlərindən söz açıb.Görüşə görə minnətdarlığını bildirən Kristofer Martinez Berroteran parlament diplomatiyasının rolunu yüksək qiymətləndirdiyini deyib. Səfir ölkələrimizin parlamentləri arasında münasibətlərin inkişafının ümumi mənafelərə cavab verdiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Prezident İlham Əliyevin fəaliyyətini qeyd edərək, yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin, aparılan danışıqların və ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib.xeber100.com

May 7, 2021 2:43

Milli Məclisin komitə iclasında Hesablama Palatasının hesabatı müzakirə olunub

Aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.Azərtac xəbər verir ki, komitənin iclasında 4 məsələ müzakirə olunur. Gündəlikdəki ilk məsələ Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsidir.İkinci məsələ Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsidir.Komitə üzvləri sonra “Hərbi qulluqçuların statusu haqqında, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə müzakirələr aparacaqlar.Dördüncü məsələ Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət Nizamnaməsi”ndə 1997-ci il 3 oktyabr tarixli Qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə” haqqında Əsasnamədə, 1997-ci il 30 dekabr tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli Qanunla təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2022-ci il 31 may tarixli Qanunla təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qanun layihəsidir.xeber100.com

Aprel 8, 2021 2:45