Parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə edilib

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatı avqustun 17-də Azərbaycan Respublikası Milli Məclisində olub.Azərtac xəbər verir ki, görüşdə Dünya Skaut Konfransının əhəmiyyəti, Azərbaycanda Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva bildirib ki, bu cür beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın necə inkişaf etdiyinin bariz göstəricisidir. Azərbaycanda son illər bir sıra beynəlxalq tədbirlər keçirilir, dünyanı narahat edən məsələlər məhz burada müzakirə olunur və həll yolları tapılır. Bu, Azərbaycan təcrübəsini dünyaya göstərir, eyni zamanda, beynəlxalq əlaqələrimizi genişləndirir. Azərbaycan dünyada tolerantlıq mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib. Əsrlərdir ki, müxtəlif mədəniyyətlərin nümayəndələri burada sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar.Koreyalı deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu insanların arzusu doğma torpaqlarına qayıtmaqdır. Dünyada miqrant problemləri müzakirə ediləndə bütün dövlətlər birlikdə bu problemin həllinə nail olmağa çalışırlar, bundan çıxış yolu axtarırlar. Ancaq Azərbaycan illərdir ki, bu problemlə qarşı-qarşıya qalıb və bunun öhdəsindən gələ bilib.Koreya nümayəndə heyətinin rəhbəri, Milli Assambleyanın üzvü Li Yu-yanq Azərbaycanda olmaqdan məmnunluqlarını bildirib, bu səfərin onlarda zəngin təəssüratlar yaratdığını qeyd edib. Qonaq Azərbaycan ilə Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində yaxın vaxtlarda Azərbaycanda Koreya mədəniyyəti günlərinin və digər tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb. O vurğulayıb ki, Koreya istehsalı olan texnologiyalar Azərbaycanın sərvətləri ilə birləşəndə böyük uğurlar əldə etmək mümkündür. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirən deputat Koreya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli şərait yaradıldığını söyləyib. O, həmçinin Bakıda 41-ci Dünya Skaut Konfransının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.xeber100.com

Avqust 17, 2017 2:50

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli və Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Avqust 15, 2017 12:53

Məsləhət Şurasının 13-cü iclasının gündəliyi açıqlanıb

MDB-yə üzv ölkələrdə dövlətin maddi ehtiyatlarına idarəçiliyi həyata keçirən icra orqanları rəhbərlərinin Məsləhət Şurasının 13-cü iclasının gündəliyi açıqlanıb.Azərtac xəbər verir ki, Birlik ölkələrinin təmsilçiləri Minskdə bir araya gələrək Şuranın 2016-cı və 2017-ci illərdəki fəaliyyətini nəzərdən keçirəcəklər. MDB-yə üzv ölkələrin dövlətin maddi ehtiyatlarının elmi-texniki sisteminin inkişafı, bu illər ərzində kadrların ixtisasının artırılması sahəsində görülən işlərin nəticələri müzakirə ediləcək. Bundan başqa, 2013-cü ildən 2017-ci ilədək bu istiqamətdəki fəaliyyətlə bağlı hesabatın MDB-nin İqtisadi Şurası yanında iqtisadi məsələlər üzrə komissiyaya təqdim ediləcəyi nəzərdə tutulub.İclasda 2016-2020-ci illəri əhatə edən MDB-nin iqtisadi inkişafının strategiyasının 3-cü mərhələsinin reallaşdırılması üzrə Tədbirlər Planının həyata keçirilməsinə və MDB-nin hüquq-müqavilə bazasının inventarizasiyası məsələsinə baxılacaq. Şura üzvləri növbəti müddətə MDB-yə üzv dövlətlərdə dövlətin maddi ehtiyatlarına idarəçiliyi həyata keçirən dövlət icra orqanlarının rəhbərlərinin Məsləhət Şurasının sədrini və 2018-ci ildə Şuranın keçiriləcəyi yeri seçəcəklər. İclasın avqustun 23-24-də keçirilməsi nəzərdə tutulub.xeber100.com

Avqust 14, 2017 12:45

Atəşkəs rejimi 136 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 136 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Avqust 13, 2017 4:25

“Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının bağlanış mərasimində

Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 12-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan Dostluq Evinə gəliblər.Burada onlar müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşərək birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.“Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.Xatırladaq ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.xeber100.com

Avqust 13, 2017 4:21

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Avqust 12, 2017 9:44