Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, iclası Milli Məclisin sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.Gündəliyə aşağıdakı məsələlər daxildir: - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). - Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş). - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş). - Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (ikinci oxunuş). - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (ikinci oxunuş). - “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında (ikinci oxunuş). - “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında (birinci oxunuş).xeber100.com

Mart 9, 2021 12:51

BMT-nin cinayət ədliyyəsi üzrə 14-cü Konqresi keçirilir

Cari il martın 7-dən 12-dək Yaponiyanın Kioto şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresi keçirilir.Azərtac xəbər verir ki, beş ildən bir keçirilən bu mötəbər forumun işinə BMT-nin üzvü olan ölkələrdən dövlət və hökumət başçıları, ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri bilavasitə və ya onlayn qatılıblar.Tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə, Ədliyyə, Xarici və Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun məsul şəxsləri daxildirlər.Qlobal səviyyədə cinayətkarlığa qarşı mübarizə siyasətini müəyyən edən və əsas təşkilatçısı Yaponiyanın Ədliyyə Nazirliyi olan bu tədbirin təntənəli açılış mərasimində Yaponiya şahzadəsi Hisako Takamodo və Baş nazir Yoşihide Suqa, BMT-nin baş katibi Antonio Quterreş, Baş Assambleyanın və İqtisadi və Sosial Şuranın sədrləri, habelə ev sahibliyi edən ölkənin ədliyyə naziri və baş prokuroru çıxış ediblər.Açılış mərasimindən sonra yüksək səviyyəli plenar sessiyanın iclasları başlayıb. İlk iclasda birinci bilavasitə çıxış edən respublikamızın ədliyyə naziri Azərbaycan və həmçinin, ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan 120 dövlət adından nitqlər söyləyib.xeber100.com

Mart 8, 2021 12:44

İlham Əliyev: Əgər tarixi prizmadan yanaşsaq, 2003-2020-ci illər hazırlıq dövrü idi

Əgər tarixi prizmadan yanaşsaq, 2003-2020-ci illər hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, bu məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə həll edəcəyik. Buna görə mənə qarşı nə qədər təzyiqlər oldu. Böyük ölkələrin nümayəndələri məni nə qədər ittiham etdilər ki, İlham Əliyev sülh istəmir, müharibə istəyir. Kimisə hədələyir. Müharibə mümkün deyil, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur.Azərtac xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.Göstərilən təzyiqlərdən danışan dövlətimizin başçısı deyib: “Mən buna razılıq verdimmi? Xeyr. Məni necə deyərlər, inandırmağa çalışırdılar, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın, və məsələ ancaq sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra məni ittiham etməyə başlamışdılar ki, əgər Prezident buna razılıq vermirsə, deməli müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa, bunu müharibə yolu ilə həll edəcəyik. Açıq demişdim, mən bunu gizlətmirdim”.Həmin illəri hazırlıq dövrü kimi xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, biz ilk növbədə mənəvi cəhətdən hazır olmalı idik. “Bütün başqa amillərlə bərabər bax, bu amil həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Ermənistanın rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxu hesab edirdi ki, bizim torpaqlarımızı zəbt etməkdə haqlıdırlar”, - deyə dövlətimizin başçısı qeyd edib.Prezident əlavə edib ki, millətçi və irqçi, azərbaycanafob, islamafob erməni siyasətçiləri bax buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla - ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması amalı ilə yaşamışıq.xeber100.com

Mart 5, 2021 2:58

İtaliya Parlamenti minalanmış ərazilərin xəritələrinin verilməsini tələb edib

Martın 2-də İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul olunmuş “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.Azərtac xəbər verir ki, sənəddə Ermənistan və Azərbaycan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq məqsədilə 9 noyabr tarixində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən üçtərəfli Bəyanatın imzalandığı və Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə hər üç tərəfin nümayəndələri arasında, o cümlədən yüksək siyasi səviyyədə nəqliyyat və kommunikasiya mövzuları da daxil olmaqla bir neçə dəfə müzakirələrin keçirildiyi qeyd olunub.Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyini, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığını bildirdiyi qeyd olunub, Azərbaycan tərəfində saxlanılan ermənilərin məhz 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra həbs olunduğu vurğulanıb.Qətnamədə İtaliya hökumətindən BMT, ATƏT və Avropa İttifaqının 9 noyabr 2020-ci il tarixli Bəyanatın bütünlüklə icra olunmasına yönəlmiş təşəbbüslərini dəstəkləməsi və həbs edilmiş bütün müharibə əsirlərinin azad edilməsinə çağırış etməsi istənilib. Habelə İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuğu tədbirlərini təşviq etmək istiqamətində hər iki hökumətlə ikitərəfli səviyyədə də iş aparması tapşırılıb.Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulub.Xatırladaq ki, İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında 18 noyabr 2020-ci il tarixli qətnamədə 1993-cü ildən Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın digər ətraf yeddi rayonunu da işğal etdiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı qarşıdurmanın dayandırılması və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, eləcə də tərəflər arasında danışıqların başlanılmasına çağıran dörd qətnamənin qəbul edildiyi vurğulanıb və Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən 9 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanması alqışlanaraq tərəflər bu Bəyanatdan irəli gələn digər bütün öhdəliklərə əməl etməyə çağırılıb.xeber100.com

Mart 3, 2021 1:06