Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

İyul 7, 2017 2:47

Parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

İyulun 6-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avstriyalı deputatlarla görüşüb.Azərtac xəbər verir ki, görüşdə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.Azərbaycanın Avstriya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini deyən Z.Əsgərov ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib. Bildirib ki, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir.Ziyafət Əsgərov qonaqlara Azərbaycanın həyata keçirdiyi irimiqyaslı iqtisadi layihələr, ölkəmizdə qeyri-neft sektorunun, turizmin inkişafı üçün görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır.Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də məlumat verilib. Həmçinin Z.Əsgərov iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində iki dinc sakinin öldüyünü və bir nəfərin yaralandığını diqqətə çatdırıb. O bildirib ki, dünya ictimaiyyəti bu hadisəyə laqeyd qalmamalıdır.Görüş üçün təşəkkürünü bildirən Avstriya parlamentinin deputatı Yohanes Hübner qarşılıqlı münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının rolunu qeyd edib.xeber100.com

İyul 6, 2017 12:35

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (27 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.Azərtac Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

İyul 5, 2017 1:56

ATƏT Parlament Assambleyasının növbəti sessiyası işə başlayıb

İyulun 5-də Minsk şəhərində ATƏT Parlament Assambleyasının növbəti sessiyası işə başlayıb.Azərtac xəbər verir ki, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda keçirilən sessiyada Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək Ermənistan ordusunun növbəti təxribatından və Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin qətlə yetirilməsindən danışıb.Azərbaycan parlament sədrinin müavini deyib: "Biz dinc vətəndaşların, oğullarımızın, qadınlarımızın və uşaqlarımızın həyatına son qoyan reallığı hər gün hiss edirik. Ölkəmin parlamentində təmsil etdiyim Füzuli rayonunun dinc kəndi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən yenə də minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Bu atəş nəticəsində bir ailənin iki üzvü – qadın və onun iki yaşlı nəvəsi öz həyətlərində həlak olublar, yaralılar var. Təmas xətti boyunca sıx yaşayan dinc vətəndaşlara, o cümlədən qadınlara, qocalara və uşaqlara Ermənistan silahlı qüvvələri tərəfindən hücumlar təəssüf ki, sistemli xarakter daşıyır.Konkret olaraq iyulun 4-də tökülən qana görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.Xatırladım ki, mən özüm də Füzuli rayonundan məcburi köçkünəm. Təmas xəttində yaşayan seçicilərim daim təhlükə altındadırlar.Odur ki, biz deputatlar qan tökülməsinə son qoymaq və regionda həqiqətən sülhə və tərəqqiyə nail olmaq üçün sülh dialoquna yollar tapmalı və bu işə öz töhfəmizi verməliyik. Mən sizi bu cinayəti təkidlə pisləməyə çağırıram. Bu məsələdə Parlament Assambleyası xüsusi rol oynamalıdır".xeber100.com

İyul 5, 2017 1:52

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (24 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

İyul 3, 2017 12:52