Atəşkəs rejimi 124 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (8 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

İyun 19, 2017 12:47

Müdafiə Nazirliyinin məlumatına görə…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

İyun 16, 2017 12:55

Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə dərc edilib

Helsinki Komissiyası adı ilə də məşhur olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiya Dağlıq Qarabağ münaqişəsi haqqında qısa hesabat dərc edib. Sənəddə deyilir ki, Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi dünyada ən çətin həll edilə bilən və çoxdan davam edən ərazi-etnik münaqişələrdən biridir. Məruzədə XX əsrin əvvəlindən bu münaqişənin başlanması tarixi şərh edilib. Qeyd edilir ki, 1923-cü ildə Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsi Dağlıq Qarabağ Muxtar vilayətinin (DQVM) yaradılması üçün ayrılıb. Daha sonra Dağlıq Qarabağ münaqişəsinin ən fəal mərhələsindən – 1991-1994-cü illərdə Ermənistan ilə Azərbaycan arasında tammiqyaslı müharibə aparılmasından bəhs edilir. Məruzənin müəllifləri həmin dövrdə erməni separatçılar tərəfindən Dağlıq Qarabağın “müstəqilliyi”nin elan edilməsindən söhbət açaraq vurğulayırlar ki, bu “müstəqillik” statusu beynəlxalq birlik tərəfindən tanınmayıb.Hesabatın müəllifləri Azərbaycan ərazilərinin işğal olunmasında rəsmi Yerevanın birbaşa rolunu təsdiq edərək vurğulayırlar ki, Dağlıq Qarabağ müharibəsi dövründə “Yerevan beynəlxalq birlik tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınmaqda davam edən Dağlıq Qarabağı və ona bitişik 7 rayonun ərazisini tamamilə və ya qismən ələ keçirib”.Məruzənin sonunda qeyd edilir ki, Helsinki Komissiyası regionda hadisələrin inkişafını izləməkdə davam edəcək, gərginliyin azaldılması üçün konkret tədbirlər təklif edəcək, münaqişənin siyasi yolla qəti həllinə nail olmaq üçün diplomatik prosesdə zəruri pozitiv addımları dəstəkləyəcək.xeber100.com

İyun 16, 2017 12:40