Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli, Məzəm, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

İyun 13, 2017 12:39

Milli Məclisinin növbədənkənar plenar iclası keçirilir

İyunun 13-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar plenar iclası keçirilir.Azərtac xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirilib ki, iclasda 38 məsələ müzakirə olunacaq.Deputatlar “Bədən tərbiyəsi və idman haqqında”, “Atçılıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Turizm haqqında”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Əmək pensiyaları haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət qulluğu haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.İclasda, həmçinin Cinayət, İnzibati Xətalar, Əmək, Mənzil, Torpaq, Gömrük və Vergi məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri nəzərdən keçiriləcək. Bundan başqa, “İşsizlikdən sığorta haqqında” qanun layihəsinə də baxılacaq.xeber100.com

İyun 13, 2017 12:36

Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək

İyunun 12-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar plenar iclası keçiriləcək.Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, iclasda 38 məsələ müzakirə olunacaq.Deputatlar “Bədən tərbiyəsi və idman haqqında”, “Atçılıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Turizm haqqında”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Əmək pensiyaları haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət qulluğu haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.İclasda, həmçinin Cinayət, İnzibati Xətalar, Əmək, Mənzil, Torpaq, Gömrük və Vergi məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri nəzərdən keçiriləcək. Bundan başqa, “İşsizlikdən sığorta haqqında” qanun layihəsinə də baxılacaq.xeber100.com

İyun 12, 2017 3:28

Atəşkəs rejimi 137 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan da (13 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 137 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistan respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

İyun 11, 2017 2:53