Atəşkəs rejimi 117 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Bala Cəfərli, Qızılhacılı, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor, Ayqepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Ağdam rayonunun Nəmirli, Qaraqaşlı, Cəvahirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

May 15, 2017 2:26

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (13 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Fərəhli, Kəmərli, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqedzor, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu, Koxanəbi, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altındakı Ağdam rayonunun Nəmirli, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

May 12, 2017 1:59

“The Jewish Journal” Xocalı faciəsindən yazır…

Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğınının sanki möcüzə sayəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilən “Hərbi cinayətlərin inkar edilməsi: salamat qalmış şahidin rəyi” sərlövhəli materialda Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini inkar edən iki erməni müəllifin “Huffington Post” qəzetində dərc olunmuş məqaləsinə etiraz bildirilir. Dürdanə Ağayeva yazır ki, Xocalı qırğınının inkar edilməsi bu şəhərdə törədilmiş hərbi cinayətin salamat qalmış iki şahidinin – Dürdanə Ağayevanın və Anar Usubovun kəskin emosional reaksiyasına səbəb olub. Müəllif qeyd edir ki, ermənilər Xocalı şəhərini işğal edəndə onun 20, Anarın isə 8 yaşı var idi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə etnik təmizləmə nəticəsində onlar doğmalarının çoxunu itiriblər.D. Ağayeva vurğulayır ki, erməni müəlliflərin fikri “insanlığa, bizim məruz qaldığımız zədələrə və xatirələrimizə meydan oxumaqdır”. Bu, insanlığa qarşı törədilmiş cinayətin həyasızcasına inkar edilməsidir. Hətta Ermənistanın indiki prezidenti Serj Sarkisyan da Xocalıda dinc sakinlərin qırılmasında erməni qoşunlarının rolunu etiraf edib. “Human Rights Watch” hüquq-müdafiə təşkilatı Xocalı sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsini “Ermənistan ilə Azərbaycan arasında münaqişənin gedişində ən böyük qırğın” adlandırıb.xeber100.com

May 12, 2017 1:55

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”…

Mayın 12-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib. Gündəliyə “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.“Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyası 7 fəsil, 56 maddədən ibarətdir.Ziyafət Əsgərov xatırladıb ki, Azərbaycan dövləti müəyyən bəyanatlarla və qeyri-şərtlərlə bu Konvensiyaya qoşulur. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (Azərbaycanın işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).Azərbaycan Respublikası Konvensiyanın 24-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir ki, o, Konvensiyanın 24-cü maddəsinin 2-ci bəndini yalnız Azərbaycanın konstitusion prinsiplərinə və onun hüquq sisteminin əsas konsepsiyalarına riayət olunmaqla tətbiq edəcək.Daha sonra “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Qanun layihəsinin 17.8-ci maddəsi yeni redaksiyada veriləcək. Belə ki, fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Attestasiya komissiyasının fəaliyyəti haqqında əsasnaməni müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com

May 12, 2017 1:49