ATƏT-in Daimi Şurasının növbəti iclasında…

ATƏT-in Daimi Şurasının Vyanada keçirilən növbəti iclasında bu təşkilatın Yerevan ofisinin mandatının uzadılması məsələsinə baxılıb. İclasda ATƏT-in Daimi Şurasının sədri, Avstriyanın bu qurum yanında daimi nümayəndəsi Klemens Koya qeyd edib ki, ATƏT-in Yerevan ofisinin mandatını uzatmaqla bağlı bütün imkanlar artıq tükənib, aparılan danışıqlar səmərəsiz qalıb. Tərəfləri razı salacaq təkliflərin qəbul olunmaması nəzərə alınaraq, ATƏT-in Yerevan ofisinin bağlanmasına qərar verilib. İclasda ATƏT-in baş katibinə göstəriş verilib ki, ofisin bağlanması üçün tələb olunan proseslərin həyata keçirilməsini təmin etsin. Həmçinin qeyd edilib ki, ofisin bağlanması üçün texniki prosedurlar üç ay ərzində başa çatdırılmalıdır.Azərbaycan ATƏT qarşısında məsələ qaldıraraq, ofisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərməsindən, dolayı və birbaşa yollarla Azərbaycanın işğal olunmuş ərazilərində layihələr həyata keçirməsindən narahatlığını dəfələrlə ifadə edib və ofisin mandatına aydınlıq gətirilməsi məsələsini qaldırıb. Ötən üç il ərzində müxtəlif imkan və proseslərdən istifadə edilməsinə cəhd göstərilsə də, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ucbatından məsələyə həll yolunun tapılması mümkün olmayıb.xeber100.com

May 5, 2017 3:45

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (üç mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar, Vazaşen kəndlərində, Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Cəvahirli, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

May 2, 2017 2:54

Milli Məclisin növbəti plenar iclası keçirilir

Mayın 2-də Milli Məclisinin növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. İclasda 14 məsələ müzakirə olunacaq.Milli Məclis “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə “Umid, Babək Eksploreyşn end Prodakşn” şirkəti arasında müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” və Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi haqqında qanun layihələrinə baxacaq.İclasda, həmçinin “Turizm haqqında” qanun layihəsi nəzərdən keçiriləcək.Deputatlar “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında”, “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında və “Reklam haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə münasibət bildirəcəklər. İnzibati Xətalar, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə müzakirə aparılacaq. “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılacaq.İclasda, həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi də müzakirə olunacaq.xeber100.com

May 2, 2017 2:51