İnsan hüquqları-hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclası keçirilib

Aprelin 20-də Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.Azərtac xəbər verir ki, Milli Məclis sədrinin müavini B.Muradova gündəliyə daxil olan məsələ barədə məlumat verib.İclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub.B.Muradova bildirib ki, bu qanun layihəsi yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsinin məqsədləri deputatların fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputatların fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması, deputatın etik davranış qaydalarına əməl edilməsinin təmin olunması və deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsidir.Milli Məclis sədrinin müavini bildirib ki, deputatın etik davranış qaydaları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanundan, Milli Məclisin Daxili Nizamnaməsindən, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.xeber100.com

Aprel 20, 2017 2:49