Hesablama Palatasının 2016-cı il üzrə hesabatı müzakirə olunub

Milli Məclisdə Hesablama Palatasının 2016-cı il üzrə hesabatı müzakirə olunur.Azərtac xəbər verir ki, Milli Məclisin aprelin 14-də keçirilən iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatını təqdim edən qurumun sədri V.Gülməmmədov qeyd edib ki, 2016-cı il Hesablama Palatasının tarixində əlamətdar il olub. 2016-cı ildən müəyyən edilmiş nöqsan və pozuntuların təsnifləşdirilməsinə başlanılıb. Bu məqsədlə xarici ölkələrin təcrübəsi öyrənilib. Hesabatda nöqsanların təsnifləşdirilməsi zamanı nöqsan və pozuntuların xüsusi çəkisi və bərpa olunan vəsaitlərin həcmi barədə məlumat yer alıb.Bildirilib ki, Hesablama Palatasının 2016-cı ilin iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə nəzarət tədbirlərinin 2-si növbəti ilə saxlanılıb.V. Gülməmmədov qeyd edib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib.xeber100.com

Aprel 14, 2017 2:34

Xarici İşlər Nazirliyinin məlumatına görə…

Aprelin 13-də Bakıda Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası öz işinə başlayıb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik edir.Birgə Komissiyanın iclasının işində hər iki ölkənin Dövlət komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak edir.İclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılır. Eyni zamanda, Birgə Komissiya tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılması və təsdiq edilməsi nəzərdə tutulur.Birgə Komissiyanın iclası 2017-ci il aprelin 17-nə qədər davam edəcək.xeber100.com

Aprel 13, 2017 1:58