Diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə…

İsrail və Azərbaycan arasındakı münasibətlər strateji və əhəmiyyətli münasibətlərdir. Azərbaycan İsrail üçün nadir tərəfdaşdır.Bu fikri İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçirdiyi mətbuat konfransında deyib.Səfir bildirib ki, Azərbaycan-İsrail əlaqələri yalnız 1991-ci ildən başlamır. Yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar, onlar Azərbaycanın bir hissəsidirlər. İsrail və Azərbaycan multikultural dəyərlərə malikdir. Hər iki ölkə müxtəlif dinin nümayəndələrinə tolerant yanaşır. Azərbaycan bu baxımdan unikal modeldir. Fərqli dinlərə malik insanlar burada dinc şəraitdə yaşayırlar. İsrail ilə Azərbaycan arasında energetika sahəsində çox gözəl münasibətlər var. Azərbaycan İsrail üçün etibarlı neft təminatçısıdır. İsrail TAP və TANAP layihələrində iştirak etməkdə maraqlıdır.Səfir Azərbaycanın və İsrailin qeyri-neft sektorunda da əlaqələrinin inkişaf etdiyini deyib. O vurğulayıb ki, iki ölkənin liderləri arasında çox yaxşı anlaşma var. Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Əlaqələr ölkələrin müxtəlif regionları arasında da inkişaf etdirilir.Diplomat iki ölkə arasında ticarət dövriyyəsinin müdafiə və energetika sahəsini çıxmaqla, ötən il 260 milyon dollar təşkil etdiyini bildirib. O, bu rəqəmin cari il artacağına ümid etdiklərini bildirib.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Dan Stav İsrailin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, problemin sülh yolu ilə həllini dəstəklədiklərini söyləyib.xeber100.com

Aprel 6, 2017 3:05

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Aprelin 5-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib.Əvvəlcə komitə üzvləri “Vətəndaşların müraciətləri haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirə ediblər. Bildirilib ki, təklif edilən dəyişiklik “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli sənədə uyğunlaşdırmaq məqsədi daşıyır. Qeyd olunub ki, layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir.İclasda “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxılıb. Sənədi şərh edən Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinə bəzi texniki düzəlişlərlə yanaşı, yeni 7.11-ci maddə əlavə edilib. Qeyd olunub ki, yeni maddəyə əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyəti müəyyənləşdiriləcək. Vurğulanıb ki, təklif olunan dəyişikliklər korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi daşıyır.xeber100.com

Aprel 5, 2017 1:42

Atəşkəs rejimi 155 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (17 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar, Noyemberyan rayonunun Berdavan, Şavarşavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli, Fərəhli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Aprel 1, 2017 2:49