Atəşkəs rejimi 143 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan, Şavarşavan, Berdavan, Barekamavan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Fərəhli, Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Mart 30, 2017 2:39

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Martın 29-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitə sədri Əli Hüseynli iclasda yeddi qanun layihəsinə baxılacağını deyib.Əvvəlcə paket şəklində təqdim olunmuş İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələrə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub. Bu qanun layihələrinə edilən təkliflərin iqtisadi və hüquqi mahiyyəti barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.Bildirib ki, bütövlükdə dəyişikliklərin məğzi ödəmə qabiliyyətini itirmiş və yaxud itirmək astanasında olan bankların problemlərinin həllini təmin edəcək yeni hüquqi, administrativ çərçivəni müəyyən etməkdir. Bu təkliflər “Banklar haqqında” Qanunda ediləcək dəyişikliklərin prosessual nöqteyi-nəzərdən dəstəklənməsinə xidmət edəcək. R.Aslanlı qeyd edib ki, məsələnin mahiyyəti bankların ictimai fondları idarə edən təsisatlar olmasıdır. “İnsanlar, bizneslər, həm də kvazidövlət təşkilatları öz vəsaitlərini banklarda saxlayırlar. Banklar həmin vəsaitləri öz adlarından cəlb edib yerləşdirdiyinə görə bu vəsaitlərin mütəmadi olaraq müəyyən riskləri var. Bu riskləri idarə etmək üçün banklar kapital vəsaitlərə malik olmalıdırlar. Hər zaman bu tələblər qorunmur. Qorunmamağın səbəbləri kənar və daxili amillərlə bağlı ola bilər. Bunun qarşısını almaq üçün bankların fəaliyyətinə hərtərəfli nəzarət edilir. Bank fəaliyyətinə xüsusi icazələr, lisenziyalar verilir. Bank fəaliyyətinin hər sahəsi nəzarət orqanları tərəfindən tənzimlənir”, - deyə o bildirib.Komitə sədri Əli Hüseynli qeyd edib ki, İnzibati Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihəsinə yeni maddə əlavə edilib. Bu maddədə qeyd olunur ki, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən banka müvəqqəti inzibatçı təyin edilməsi, bankın lisenziyasının ləğvi və bankın resolyusiyası çərçivəsində qəbul olunmuş digər qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz.Daha sonra iclasda Miqrasiya, Cinayət və Mülki Prosessual məcəllələrdə dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə edilib.Miqrasiya Məcəlləsinə 19-1-ci maddə əlavə edilib. Əlavəyə əsasən Azərbaycan Respublikasına viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 19-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) miqrasiya kartını doldurmalı və Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasport və ya digər sərhədkeçmə sənədi ilə birgə təqdim etməlidirlər.İclasda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb.xeber100.com

Mart 29, 2017 2:58