Media-parlament əlaqələri müzakirə edilib

Fevralın 17-də Azərbaycan parlamentində Milli Məclisin, Mətbuat Şurasının və media qurumlarının rəhbərliyinin birgə iştirakı ilə media-parlament əlaqələri müzakirə edilir.Azərtac xəbər verir ki, əvvəlcə media nümayəndələri Milli Məclisin inzibati binası ilə tanış olublar.Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova parlament və media əlaqələrindən danışıb. Bildirib ki, parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir.“Azərbaycan dövləti mətbuatın rolunu yüksək dəyərləndirir. Bu prosesdə öz yerini tutmağa çalışan mətbuat nümayəndələrinin işi yüksək qiymətləndirilir, onların rolu xüsusi qeyd edilir".B.Muradova qeyd edib ki, Milli Məclisin deputatları da, jurnalistlər də xalqın hüquqlarını müdafiə edir. Bu illər ərzində mətbuatın nailiyyətləri çoxdur və biz bundan qürur hissi ilə danışa bilərik. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru-düzgün çatdırılmasında müəyyən problemlər var. Bugünkü görüşün də əsas məqsədlərindən biri, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir.Qeyd edək ki, görüşdə, həmçinin Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov, qəzet, informasiya agentlikləri, informasiya portallarının nümayəndələri iştirak edirlər.xeber100.com

Fevral 17, 2017 12:32

Ölkə tarixinin ən qanlı faciəsinin 25-ci ildönümü…

Avstraliya İttifaqı Parlamentinin Senatında Avstraliya Liberal Partiyasının üzvü, senator Kris Bak Xocalı faciəsi ilə bağlı çıxış edib.Azərtac Avstraliya parlamentinə istinadən xəbər verir ki, senator K.Bak çıxışında yaxın iki həftə ərzində Azərbaycan xalqının ölkə tarixinin ən qanlı faciəsinin 25-ci ildönümünü qeyd edəcəyini bildirib. O, həmin gün qadınlar və uşaqlar da daxil olmaqla, 600-dən çox mülki şəxsin öldürüldüyünü diqqətə çatdırıb. K.Bak fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etdiyini, erməni əsgərləri tərəfindən insanların öldürüldüyünü və ya donmağa məhkum edildiyini vurğulayıb.Senator həmin gecə törədilmiş hadisələrin xarakter etibarilə faciəvi və dəhşətli olduğunu bildirərək, 1990-cı illərdə baş vermiş müharibənin fəlakətli fəsadlarının hələ də davam etdiyini söyləyib.Müharibənin fəsadlarını humanitar böhranın ən ağır forması kimi xarakterizə edən K.Bak uğurlu vasitəçilik olmadan atəşkəsin pozulması hallarının və yenilənmiş gərginliyin hərbi münaqişənin yenidən alovlanmasına gətirib çıxaracağını qeyd edib və bu vəziyyətin bütövlükdə Qafqaz regionunda qeyri-sabitliyə yol açacağını vurğulayıb.Sonda senator Azərbaycanın Dağlıq Qarabağ regionunun hazırda Ermənistanın işğalı altında olduğunu qeyd edərək, etnik azərbaycanlıların öz ata-baba yurdlarında məskunlaşmaq hüququnun olduğunu qeyd edib.xeber100.com

Fevral 15, 2017 12:41

“Hərbi vəziyyət haqqında” qanun layihəsi müzakirə edilib

Fevralın 14-də Milli Məclisin plenar iclasında "Hərbi vəziyyət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.Azərtac xəbər verir ki, qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.Hərbi vəziyyət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.Bildirilib ki, bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Mülki Məcəllələrə uyğun məsuliyyət daşıyırlar. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq Milli Məclisin iclası keçirilir, iclasda fərmanın təsdiqi məsələsinə növbədənkənar baxılır və deputatların 63 səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və Milli Məclis tərəfindən təsdiq edilmədikdə qüvvəyə minmir. Bu barədə əhaliyə dərhal məlumat verilir.xeber100.com

Fevral 14, 2017 2:44