03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

V Dünya Hökumətlər Sammiti işə başlayıb

Dubayda V Dünya Hökumətlər Sammiti (World Government Summit) işə başlayıb.Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə keçirilən Sammitdə dünyanın 139 ölkəsindən dörd minədək nümayəndə, o cümlədən tanımış ictimai-siyasi xadimlər, alimlər və ekspertlər iştirak edir.Azərbaycanı Sammitdə ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və bu qurumun aparat rəhbəri Azad Cəfərli təmsil edirlər.Təşkilatçıların fikrincə, bu tədbir xalqların rifahı naminə beynəlxalq hərəkata, regionda ən parlaq və mühüm hadisəyə, gələcəyin proqnozlaşdırılması üçün dünyada ilk meydançaya çevrilib. Sammit bütün bəşəriyyət naminə ən yaxşı gələcəyin layihələndirilməsi üçün tarixi imkan, xalqlar üçün ümid mənbəyidir.xeber100.com

Fevral 12, 2017 2:39

Atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı, Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.Əməliyyat şəraitinə uyğun olaraq, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.xeber100.com

Fevral 11, 2017 8:59

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, planda nəzərdə tutulan tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib. İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə tədbirlər keçiriləcək.Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və mütəxəssislərin iştirakı ilə təşkil olunacaq tədbirlərdə məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.xeber100.com

Fevral 11, 2017 8:56

“La Razon” qəzeti yazır…

Bu il Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur.İspaniyanın nüfuzlu “La Razon” qəzetində dərc olunmuş “İspaniya ilə Azərbaycan arasında gümüş alyans” adlı məqalədə 25 illik münasibətlərin inkişafına nəzər salınır. Məqalədə deyilir ki, bu il Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd edilir. 2005-ci ildə Madrid şəhərində Azərbaycan səfirliyinin açılması bu əlaqələrin inkişafına təkan verib. Hər il ölkələr arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığı gücləndirən qarşılıqlı səfərlər həyata keçirilir.Azərbaycanla İspaniya bir çox sahələrdə ortaq dəyərləri paylaşır. İldən-ilə turizm sahəsində qarşılıqlı maraq artır. Mədəniyyətlərin qovuşuğu olan, Cənubi Qafqaz regionunda böyük iqtisadi və nəqliyyat layihələrini həyata keçirən Azərbaycan ispan turistlərində maraq doğurur.xeber100.com

Fevral 11, 2017 8:50

İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin məlumatı

Azərbaycanla İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyi məlumat yayıb. Bu barədə Azərtac-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Məlumatda deyilir: “İspaniya hökuməti bu gün Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir. İyirmi beş il ərzində hökumətlər arasında mütəmadi yüksək səviyyəli əlaqələr, təhsil, sənaye, kənd təsərrüfatı və dəniz nəqliyyatı kimi sahələrdə təcrübə və əməkdaşlıq mübadiləsi ilə birlikdə diplomatik əlaqələrimizin uğurlu inkişafından İspaniya hökuməti məmnunluğunu bildirir. İspaniya hökuməti xalqlarımızı daha da yaxınlaşdırmaq məqsədilə ikitərəfli qaydada və eləcə də beynəlxalq institutlar vasitəsilə, xüsusilə Avropa Qonşuluq Siyasəti çərçivəsində hər iki ölkəni birləşdirən əlaqələrin dərinləşdirilməsinin davam etdirilməsini arzulayır.İspaniya hökuməti ikitərəfli münasibətlərimiz üçün əlamətdar olan bu hadisə münasibətilə dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləklərini çatdırır”.xeber100.com

Fevral 11, 2017 8:39

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Nəmirli, Mərzili, Sarıcalı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com  

Fevral 10, 2017 2:08

“AMAN-17” təlimi başlayıb

Fevralın 10-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində “AMAN-17” təlimi başlayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi təlimdə müşahidəçi qismində iştirak edir.Təlim fevralın 14-dək davam edəcək.xeber100.com

Fevral 10, 2017 2:02

Azərbaycan-Fransa əməkdaşlığı…

Xarici işlər naziri E.Məmmədyarov Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüşdə Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.Görüşdə iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadiyyat, enerji, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Fransa şirkətlərinin, xüsusilə “Total” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd edilib. Bakıda yenicə açılmış Fransız-Azərbaycan Universitetinin iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.xeber100.com

Fevral 9, 2017 3:34

Müdafiə Nazirliyinin məlumatına görə…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və 122 millimetrlik haubitsalardan da istifadə edərək sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Berd rayonunun Ayqepar kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Qaymaqlı kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Fevral 8, 2017 1:53

İkitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq

Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze fevralın 12-də Azərbaycana səfər edəcək.İki gün davam edəcək səfər çərçivəsində gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.Görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.Xarici işlər nazirlərinin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.xeber100.com

Fevral 8, 2017 1:47
    Page 215 of 270« First«...102030...213214215216217...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az