Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir

Fevralın 1-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçirilir.Azərtac xəbər verir ki, iclasda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.İclasın gündəliyinə 27 məsələ daxildir.Deputatlar iclasda “Milli Məclisin intizam komissiyasının yenidən təşkil edilməsi”, “Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi”, “Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı” haqqında məsələləri nəzərdən keçirəcəklər.İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.xeber100.com

Fevral 1, 2017 2:08

İnkişaf perspektivləri müzakirə edilib

Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər. Nazirlər iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ilin noyabr ayında Qətər Dövlətinə rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Eyni zamanda, 2016-cı ilin martında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi töhfə verib.Nazirlər məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Qətər arasında qarşılıqlı anlaşma və dialoqa əsaslanan ənənəvi dostluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq qurulub.xeber100.com

Yanvar 31, 2017 1:45