İslam Əməkdaşlıq Təşkilatının 12-ci sessiyası keçiriləcək.

Yanvarın 27-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqı Konfransının 12-ci sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və deputat Mirkazım Kazımov iştirak edəcəklər.Milli Məclisin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, toplantıda Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizinin ərazisinin Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımının tanınması, Fələstin problemi, Suriyada humanitar vəziyyət, terrorizmin bütün formalarına qarşı mübarizə, müasir texnologiyaların sülhməramlı məqsədlərlə istifadəsi, müsəlman ölkələri arasında viza prosedurunun sadələşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.Tədbirdə İƏT Parlament İttifaqı baş katibinin məruzəsi dinləniləcək, qurumun ümumi komitəsinin 19-cu sessiyasının hesabatı, ixtisaslaşmış daimi komitələrin qətnamə layihələri təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.Sessiya çərçivəsində, habelə müsəlman qadın parlamentarların beşinci konfransının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.Toplantının sonunda Bağdad Bəyannaməsi və İƏT Parlament İttifaqı Konfransının 12-ci sessiyasının yekun kommunikesi qəbul ediləcək.xeber100.com

Yanvar 22, 2017 3:42

“The American Spectator” qəzeti yazır…

“The American Spectator” qəzetində “Jewish News Service” nəşrinin sabiq redaktoru Ceykob Kamarasın “Donald Tramp ABŞ-Azərbaycan münasibətlərini yenidən yaxşılaşdıra bilər” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Obama administrasiyasının ABŞ-ın müttəfiqi kimi İsrail və Azərbaycanla bağlı uğursuz siyasətindən və yeni Prezident Donald Trampın administrasiyasında bu münasibətlərin yaxşılaşdırılmasından söz açılıb. İsraillə bağlı qeyri-adekvat hərəkətinə görə Barak Obama administrasiyasını təqsirləndirən müəllif yazır ki, ABŞ-ın səsvermədə bitərəf qalması BMT Təhlükəsizlik Şurasında İordaniyanın Qərb sahili ərazilərində yəhudi məskənlərinin yaradılmasını pisləyən 2334 nömrəli qətnamənin qəbul edilməsinə imkan verib. Lakin elə bu administrasiya son 8 ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni məskənlərinin yaradılmasını bir dəfə belə pisləməyib. Dağlıq Qarabağ münaqişəsi 1980-ci illərdə başlayıb və SSRİ dağılandan sonra tammiqyaslı müharibəyə çevrilib. Müəllif yazır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır.Kamaras qeyd edir ki, keçən ilin oktyabr ayında ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə “hazır deyil” deməklə Azərbaycan rəhbərliyini hiddətləndirib. Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq bildirib ki, münaqişənin davam etməsində tərəflərin ikisini də ittiham edən dövlət katibi “Ermənistanın işğalçılıq siyasətinə aşkar dəstək” nümayiş etdirir.xeber100.com

Yanvar 20, 2017 12:25