“The American Spectator” qəzeti yazır…

“The American Spectator” qəzetində “Jewish News Service” nəşrinin sabiq redaktoru Ceykob Kamarasın “Donald Tramp ABŞ-Azərbaycan münasibətlərini yenidən yaxşılaşdıra bilər” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Obama administrasiyasının ABŞ-ın müttəfiqi kimi İsrail və Azərbaycanla bağlı uğursuz siyasətindən və yeni Prezident Donald Trampın administrasiyasında bu münasibətlərin yaxşılaşdırılmasından söz açılıb. İsraillə bağlı qeyri-adekvat hərəkətinə görə Barak Obama administrasiyasını təqsirləndirən müəllif yazır ki, ABŞ-ın səsvermədə bitərəf qalması BMT Təhlükəsizlik Şurasında İordaniyanın Qərb sahili ərazilərində yəhudi məskənlərinin yaradılmasını pisləyən 2334 nömrəli qətnamənin qəbul edilməsinə imkan verib. Lakin elə bu administrasiya son 8 ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni məskənlərinin yaradılmasını bir dəfə belə pisləməyib. Dağlıq Qarabağ münaqişəsi 1980-ci illərdə başlayıb və SSRİ dağılandan sonra tammiqyaslı müharibəyə çevrilib. Müəllif yazır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır.Kamaras qeyd edir ki, keçən ilin oktyabr ayında ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə “hazır deyil” deməklə Azərbaycan rəhbərliyini hiddətləndirib. Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq bildirib ki, münaqişənin davam etməsində tərəflərin ikisini də ittiham edən dövlət katibi “Ermənistanın işğalçılıq siyasətinə aşkar dəstək” nümayiş etdirir.xeber100.com

Yanvar 20, 2017 12:25