05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində…

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Finlandiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə toxunulub.Peter Stenlund Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstəyini ifadə edib.Elmar Məmmədyarov münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verib. Münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb. O, Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələrdən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirib.xeber100.com

Dekabr 9, 2016 2:19

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 33 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 8, 2016 2:18

Xarici İşlər Nazirliyinin məlumatına görə…

Xarici işlər naziri Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Brüsselə səfər edib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, səfər zamanı Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi aparıblar.Macarıstanın Bakıdakı səfirliyi 2017-ci ilin yanvar ayından etibarən Rumıniyanın səfirliyini əvəzləyərək NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi kimi fəaliyyət göstərəcək.xeber100.com

Dekabr 8, 2016 2:13

“Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı əməkdaşlıq”…

Dekabrın 8-də Rusiya Federal Məclisinin orqanı olan “Parlamentskaya qazeta” nəşrinin mətbuat mərkəzində “Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçiriləcək.Diskussiyalarda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının deputatı Olqa Kazakova, Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü İqor Morozov və b.xeber100.com

Dekabr 8, 2016 2:08

Peru Konqresində dostluq qrupu yaradılıb

Peru Konqresində Peru-Azərbaycan dostluq qrupu yaradılıb.Azərbaycanın Perudakı diplomatik nümayəndəliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Konqresin xarici əlaqələr komitəsinin sədri Xuan Karlos del Aqila Kardenasın təşəbbüsü ilə Peru və Azərbaycan arasında 13 konqresmendən ibarət yeni dostluq qrupu yaradılıb. Bu münasibətlə Peru Konqresinin binasında mərasim təşkil edilib.Mərasimdə bir sıra konqresmenlər, o cümlədən yeni dostluq qrupunun üzvləri, Peru Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri və KİV nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən konqresmenlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub və bu problemin tezliklə sülh və diplomatik yolla həll ediləcəyinə, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına geri dönəcəklərinə ümidvar olduqlarını bildiriblər.xeber100.com

Dekabr 8, 2016 2:00

Müdafiə Nazirliyinin məlumatı…

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 7, 2016 3:02

Növbəti monitorinqin keçirilməsi planlaşdırılır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 8-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller keçirəcəklər.xeber100.com

Dekabr 7, 2016 2:58

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları” mövzusunda konfrans keçirilir

Bu gün İdarəçilik Akademiyasında “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda iştirak edir.ABŞ-ın aparıcı ali məktəblərinin 45 tələbə və doktorantının, Amerika-İsrail akademik təşkilatının – KIVUNIM-ın nümayəndələrinin iştirakı ilə keçirilən konfransı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi təşkil ediblər.xeber100.com

Dekabr 7, 2016 2:55

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 6, 2016 3:05

“Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları”…

Milli Məclisin bir qrup deputatı dekabrın 7-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, deputatlar “Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları və həmin zonalarda insan hüquqları” mövzusunda konfransda iştirak edəcəklər. Konfransın məqsədi dondurulmuş münaqişələrin Şərq tərəfdaşlarının ərazilərində insan hüquqlarının və fundamental azadlıqlarının icrasına təsirini araşdırmaqdır.Tədbirdə Avropa İttifaqı qurumlarının təmsilçiləri, Avropa Parlamentinin və tərəfdaş ölkələrin deputatları, hökumət təşkilatlarının ekspertləri iştirak edəcəklər.Milli Məclisin deputatları toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcəklər.xeber100.com

Dekabr 6, 2016 3:03
    Page 225 of 270« First«...102030...223224225226227...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az